Vurma, Düşün!

Cеминар / Тренинг

Загрузка ..

O Mероприятии:

Vurma, Düşün!

Əziz gənclər və özünü gənc hiss edən hər kəs!

AEGEE-Bakı bu dəfə daha fərqli və daha maraqlı bir lahiyə ilə qarşınızdadır. Əgər sizdə özünüz haqqında yeni bilgilərə nail olmaq, özünüzü qorumaq və həyatınızda olan təhlükəli vəziyyətlərdən çıxış yolu tapmaq istəyirsinizsə bizə qoşulun.

Təlim hər gün 2 saat olmaqla 2 gün davam edəcək və 50% nəzəri, 50% isə praktiki biliklərdən ibarətdir. Təlimdə iştirak etməklə siz ilk öncə özünüz haqqında kifayət qədər yeni və maraqlı informasiyalara yiyələnəcək, daha sonra bu məlumatların real vəziyyətlərdə necə və nə cür istifadə olunması haqqında praktiki məlumat əldə etmiş olacaqsınız.

Əgər sizdə özünüzü cəmiyyətdə təhlükəsiz, rahat hiss etmək istəyirsinizsə bizə qoşulun. Və malik olduğunuz, lakin xəbərsiz olduğunuz potensialınızı bizimlə birgə kəşf edin.

• QEYD 1: Təlimdə yalnız qeydiyyatdan keçmiş və seçilmiş 25 şəxs iştirak edə biləcək.

• QEYD 2: AEGEE-Bakı üzvləri və Xəzər universitetində təhsil alan tələbələr üçün iştirak pulsuzdur.