İnsanların demədiklərini eşit!

Cеминар / Психология

Загрузка ..

O Mероприятии:

İnsanların demədiklərini eşit!

Seminarda danışılacaq:
 Psixologiyada insanları idarə etmək problemi
 İnsanların özünü ifadə vasitələri
 İnsanların ifadə etdikləri və etmədikləri motivlərinin təhlili
 Manipulyator insanın həyat tərzi
 İnsanları idarə etməklə bizim itirdiklərimiz
 Manipulyasiya qurbanı olmadan və manipulyasiya etmədən azad yaşamaq qaydaları

Seminarda iştirak etməklə siz,
 ətrafınızdakı insanların sizə olan münasibətinin mahiyyətinə varacaqsınız;
 özünüzün fərqində olmadan idarəolunma riskinizi aradan qaldıracaqsınız;
 istəmədən özünüzdən asılı vəziyyətə gətirdiyiniz insanlardan düzgün kənarlaşmanın metod və vasitələri haqqında
ətraflı məlumatlar əldə edəcəksiniz.

Ekspert :
Nisə Abdullayeva Bakı Dövlər Universitetinin psixologiya ixtisası üzrə təhsil alıb. Psixologiya və psixoterapiya sferasında yerli və beynəlxalq təlimlərdə, konfrans və konqreslərdə iştirak edib. 2005-ci ildən etibarən QHT sektorunda rəhbər vəzifələrdə və psixoloq qismində çalışmış, psixologiya sahəsi üzrə layihələr həyata keçirmişdır. Bununla yanaşı tədqiqatlar nəticəsində hazırlanmış yeddi elmi nəşrin müəllifidir. 2010-cu ildən etibarən həssas qrupa daxil ailələr və atılma riski olan uşaqlar ilə psixoterapevt olaraq fəaliyyətini davam etdirmişdir. Hazırda “İNSAYT” MMC`nin rəhbəri vəzifəsində çalışmaqla yanaşı, professional fəaliyyətini davam etdirir.

Seminar 27 noyabr saat 15:00-da keçiriləcək.

İştirak Grow Center üzvlərinə və qeydiyyatdan keçən ilk 15 qeyri-üzvlər üçün də ödənişsizdir.

Qeydiyyatdan keçmək üçün link-ə daxil olun:
https://goo.gl/forms/SnyVpCxSY8ElJIFh1

Ətraflı Məlumat üçün
012 480 09 44
050 254 56 94
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 1/7
www.growcenter.az