Azərbaycan Dövlət Musiqili Teatrı yazıçı-dramaturq Əli Səmədlinin Toya bir gün qalmış tamaşasının premyerasını təqdim edəcək. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Əskər Əskərovdur. Tamaşada Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salmanova, Moyle Mirzəliyeva, Gültac Əlili, Hüseyn Əlili iştirak edir.