Mənim ağ göyərçinim tamaşasının premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində baş tutacaq. Pyesin müəllifi yazıçı-dramaturq Tamara Vəliyevadır. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru teatrın baş rejissoru Cənnət Səlimovadır. Baş rollarda: əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədov, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları.