Загрузка ..

O Mероприятии:

İsveçrədə təhsil

4 Noyabr saat 19:00-da JW Marriott Baku Otelində Turizm və Qonaqpərvərlik sahəsini əhatə edən prezentasiya keçiriləcəkdir.

Təqdimatda iştirak üçün qeydiyyat zəruridir.

Dünya reytinq cədvəlində birinci və ikinci yerləri paylaşan Glion Institute of Higher Education və Les Roches International School of Hotel Management Switzerland sizləri JW Marriott Baku Otelində keçiriləcək təqdimata dəvət edir. Təqdimat bu universitetlərin qəbul şöbəsi üzrə direktoru olan Julia Tokareva tərəfindən aparılacaq. Təqdimat zamanı İsveçrədə təhsil almağın üstünlükləri, qonaqpərvərlik sahəsinin gələcək prespektivləri və ən əsası bu sahəni bitirdikdən sonra iş tapmaq prespektivləri haqqında məlumatlar veriləcəkdir.

İsveçrə yüksək keyfiyyətli təhsil proqramları ilə bütün dünyada tanınır. İsveçrə dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Çox az miqdarda təbii ehtiyatlara malik olmasına baxmayaraq, zəngin intellektual potensiala sahibdir.

İsveçrədə təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Hər kəsə peşə bacarıqlarını inkişaf etdirmək, müvafiq biliklərini daha da dərinləşdirmək üçün şərait yaradılır.

İsveçrədə təhsil almış gənclər, mütəxəssislər dünyanın hər bir yerində işləmək imkanı qazanırlar. İsveçrə ali məktəblərində kifayət qədər əcnəbi tələbələr təhsil alır.Ali məktəblərdə tələbələrə ümumi və nəzəri biliklər verilir.İsveçrə universitetlərinin ən gözəl xüsusiyyətlərindən biri, təhsil sistemində təcrübələrə çox önəm verməsidir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.

Bu sahə unikal iş mühitini və digər səhələri təqdim edir. Lakin, bu sferada işləmək üçün keyfiyyətli təhsil lazımdır. Ali təhsil müəssisəsi seçmək heç də asan deyil, rəhbərlik etmə ixtisası seçmək üçün bir çox parametrlərə nəzər almaq lazımdır.

Qeydiyyat: http://azeristudent.az/events/22

Xəritə

Tеги O Mероприятиях: