Müstəqilliyimiz əbədidir 25 il - VELO yürüş

Путешествие / Bелосипед

Загрузка ..

O Mероприятии:

Müstəqilliyimiz əbədidir 25 il - VELO yürüş

Əziz velosiped həvəskarları!

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə birgə “Azərbaycan Dövlət Müstəqillik Gününə həsr olunmuş” velo yürüş keçiriləcək!

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan Respublikası tarixinin ən mühüm günlərindən birdir və hər il 18 oktyabrda qeyd edilir. 2016-ci ildə artıq biz Müasir Azərbaycan Respubliklasının müstəqilliyinin 25-ci ilini təntənə ilə qeyd edirik! Bu 25 ildə Azərbaycan Respublikasında çox böyük işlər görülüb, həmçinin gənclər siyasəti sahəsində də irəliyə doğru bir çox addımlar atılıb və uğurlar əldə edilib. Çox qısa bir müddət olmasına baxmayaraq, uğurlu və düzgün qurulmuş siyasət sayəsində müstəqil Azərbaycan gəncliyi bu gün öz çiçəklənmə dövrünü yaşayır!

Velo yürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılmasına, gənclərin asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı daha böyük bir əhəmiyyət daşıyır. Yürüşün əsas məqsədi günün əhəmiyyətinin bir daha diqqətə çatdırılmasına yönəlmişdir. Belə ki, bu sadəcə bir velo yürüş yox, Azərbaycan Respublikasının müstəqilliyinə və suverenliyinə bir töhfə olacaq. Azərbaycan gəncliyi yekdilliklə bu günün mahiyyətini bir daha göz önünə gətirmək məqsədilə birləşəcək və bütün dünyaya müstəqil Azərbaycan gəncinin malik olduğu dəyərləri göstərəcək. Bu velo yürüş nəticəsində, Azərbaycanın milli birlik ideyası, gənclərin milli birliyi fonunda bir daha canlanacaq.

Gəlin müstəqilliyimizin 25-ci ildönümünü müstəqil Azərbaycan gənci olaraq həmrəy olub, birlikdə qeyd edək!

Keçirilmə tarixi: 23 Oktyabr, 2016

Yürüşün başlandığı yer: Dövlət Bayrağı Meydanı
Yürüşün başlandığı saat: 11:00

Qeydiyyat üçün son tarix: 18 oktyabr, 2016 saat 18:00

Qeydiyyat üçün link: https://goo.gl/forms/lDeKpVfH8uG4sVm62

Qeyd 1: Velo yürüşdə iştirak üçün iştirakçılar velosipedlə təmin olunmur.

Qeyd 2: Velo yürüş zamanı alına biləcək hər hansı bir xəsarətə görə şəxsin özü məsuliyyət daşıyır.

Tеги O Mероприятиях: