Национальный форум людских ресурсов 2016

Конф. / Бизнес

Загрузка ..

O Mероприятии:

Национальный форум людских ресурсов 2016

İştirak haqqı 30 AZN-dir. Bletləri əldə etmək üçün www.azmirf.com saytında qeydiyyatdan keçə bilər və ya aşağıdakı nömrələrlə əlaqə saxlayaraq Grow Center-in Cəfər Cabbarlı 44, Caspian Plaza 1, 7-ci mərtəbədəki ofisindən əldə edə bilərsiniz.
Tel: 0124800944 / 0502545694

Milli İnsan Resursları Forumu (MİRF) ölkəmizdə insan resursları sahəsində görülən işlər, milli keyslər, bu sahədəki beynəlxalq trendlər və onların lokal tətbiqlərinin sahənin peşəkarları tərəfindən müzakirə olunduğu tədbirdir. MİRF bu sahədə çalışan və insan resurslarının inkişafında könüllü olan iş adamları tərəfindən qeyri-kommersiya əsasları ilə illik olaraq keçirilməkdədir.
Forumun əsas məqsədi insan resursları sahəsindəki yerli təcrübələrin paylaşılması, bu sahədə olan problemlərin ictimailəşdirilməsi və həlli üçün peşəkar müzakirələrin təşkil olunmasıdır.
Forumda insan resursları sahəsində çalışan peşəkarlar, şirkət rəhbərləri və təsisçiləri, təlimçilər, tədris mərkəzləri işçiləri, bu sahə üzrə təhsil sistemi işçiləri və yeni çalışmağa başlayanlar və sahəyə marağı olan hərkəs iştirak edə bilər.
MİRF-in sosial şəbəkələr üçün (twitter, facebook, instagram) həştəqi#mirf2016 olacaq. Həştəqi istifadə edərək forumdan əvvəl və forum boyunca öz fikirlərinizi və suallarını bölüşə bilərsiniz.

Spikerlərimiz:
Şeyda Həsənova - Altes Qrup, İnsan Resursları Direktoru
Rəşad Məhərrəmov - Nar Mobile, İR təcrübələrinin tətbiqi şöbəsinin meneceri
Fidan Əzimli - Alpha Coaching & Consulting, Direktor
Seymur Rəsulov - EBSCO Inc, Regional menecer (26 ölkə üzrə)
Afət Bağırova - DəmirBank ASC, İnsan Resursları Departamenti, İşəqəbul və Seçmə şöbəsinin müdiri
Elçin Zeynalov - Alarna Consulting Services / Biznes konsultant
Şölə Əkbərova - Modern Şirkətlər Qrupu, İnsan resurslarının idarəedilməsi departamentinin direktoru
Taleh Z. Yüzbəyov - Nar Mobile əməkdaşı / Aktyor
Nahid Nəsirov - Azərsun Holding, İnsan Resursları Bilgi Sistemləri üzrə məsul şəxs
Ruslan Ağayev - Practical Solutions Group

Tеги O Mероприятиях: