WoWoman Baku: Biznes Everest

Seminar / Career

Loading..

About Event:

WoWoman Baku: Biznes Everest

Yeni işə başlamazdan əvvəl müəyyən qorxularımız olur ki, bu da qərar qəbul etməli olduğumuz zaman bizim üçün əziyyət törədə bilən məqamdır. Əgər qorxularımızı əvvəlcədən hesaba alsaq, biz istədiyimiz işin öhdəsindən gələ bilərik.

Və məhs WoWoman, İnspire üzvlərimizi “Biznes Everest” tədbirinə dəvət edir.

Müzakirə olunacaq mövzular :

- Uğurlu Biznesin Yaradılması, Business Everest-ə gedən addımlar
- Özünü Məşğulluq-dan İş Sahibi Olmağa
- Mükəmməllik Üçün Dörd Sahə
- Niş Market
- Sistem: Daha Az Resurslarla Daha Çox Yaratmaq
- Təşkilat: Böyümə Üçün Komanda
- İş Sahibi - Passiv Gəlir

Tədbirin spikeri Canan Pişkindir. Canan Piskin öz karyerasına Auditlə başlayıb. O 20 illik kooperativ həyatını Risk menecment və Finans Kontrolları ilə davam edib. O beynəlxalq banklarda - BNP Paribas, Societe Generale ve HSBC departamentlərində çalışıb. Biznes Kouçinqdən əvvəl o HSBC MENA Komersial Biznes Bankçılıqda regional director vəzifəsində fəaliyyətini davam etdirib. O həmçinin İstanbul Universitetində Finans menecmenti üzrə mühazirəçi olub.

Kouçinq fəaliyyətinin başlanğıcı olaraq, ActionCOACH tərəfindən sertifikart ilə təmin olunub. Həmin andan etibarən Biznes Sahibləri və C-Suite Executives-in üzvüdür. Bundan əlavə o, Dubay Biznes WOMEN – nin aktiv üzvüdür, o həmçinin müxtəlif təlimlər və workshoplarda spiker kimi Dubayda, Abu Dabidə və Bakıda fəaliyyət göstərib. Hal hazırda Bakıda işini davam etdirir.

Tags On Events: