Fəridə Cəbrayılın xatirəsinə həsr olunmuş anım tədbiri

Seminar / Training

Loading..

About Event:

Fəridə Cəbrayılın xatirəsinə həsr olunmuş anım tədbiri

Əziz dostlar, hamınızı VarYox və Mədəni Niyyət xeyriyyə platfornasının təşkilatçılığı 15 Mart 18:00-da həyata keçiriləcək Fəridə Cəbrayılzadənin xatirəsinə həsr olunmuş anım tədbirinə dəvət edirik!

Faridə Cəbrayılzadə öz bioqrafiyasında yazırdı “ən çox sevdiyim məşğuliyyət uşaqlarla məşğul olmaq, onlarla birgə vaxt keçirmək, onların şəxsi inkişafında yardımçı olmaqdır”. Bəli, uşaqların sevimli dostu hətta onların gözündə sehrli bir mələk idi. Qısa müddətə onların həyatına daxil olub sehrli əsasıyla hər yanı parlaq və işıqlı etdi. Bəlkə də tək uşaqlar üçün deyil, ailəsi, dostları üçün də belə idi. Fəridənin çox təəssüf ki, 26 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində Babur Hüseynov və Namin Bünyadzadə ilə birlikdə itkin düşdüyü xəbəri hamını sarsıtdı. Uzun axtarışlardan sonra gələn məlumatlar daha kədərli idi. Bu kədər hələ də onu tanıyan hər kəs üçün çox üzücüdür. Amma Fəridənin sağlığında gördüyü işlər yada düşəndə, onu tanımağın xoşbəxtliyi bizi sevindirir. 

Fəridə Cəbrayılzadə 1991-ci il Azərbaycanın Masallı şəhərində anadan olub. 2008-ci ildə orta məktəbi Masallıda bitirib, sonra ali məktəbə daxil olub. İctimai-siyasi universitetin Beynəlxalq Münasibətlər (Şərq ölkələri) fakültəsini bitirib. Onun hələ Universitet dönəmindən başlayan aktiv ictimai fəaliyyəti artıq diqqət çəkirdi. Bir neçə layihədə könüllülük fəaliyyəti ilə yanaşı, o, internat evinə gedir, uşaqların qayğısına qalır, onlara maddi-mənəvi dəstək olmağa çalışırdı. Universitetdən sonra o, daimi xüsusi qayğıya ehtiyacı olan, daun və autism sindromlu uşaqlarla vaxt keçirirdi. O, son illər “Dağçılıq Federasiyası”nda peşəkar müəllimlərdən təhsil almışdı. Fəridə Azərbaycan zirvələrini fəth etmək arzusundaydı. Onun bu arzusu, Fəridəni əbədi olaraq bu yüksəkliklərin sakini etdi.

15.03.2019 tarixində Fransız-Azərbaycan universitetində (UFAZ) Fəridəni və gördüyü gözəl işləri birlikdə yad edəcəyik və onun arzularından biri reallaşacaq - fotoşəkillərinin nümayişi olacaq. 
Tədbirin əsas təşkilatçısı olan “Mədəni Niyyət” 2015-ci ildə xeyriyyə platforması kimi mədəni və sosial sahədə müxtəlif istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə, incəsənətin bir sıra sahələri ilə professional şəkildə məşğul olan bir qrup gənc tərəfindən təsis olunmuşdur. Bu platforma daxilində indiyə qədər çoxlu sayda fərqli sosial layihələr həyata keçirilib.

Bununla yanaşı, müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Tədbir saat 18:00-da, UFAZ-da (Fransız Universiteti) keçiriləcək. Qoşulmaq üçün [email protected] mail ünvanına ad və soyadınızı yazıb göndərin.

Giriş sadəcə şəxsiyyətinizi təsdiq edən sənəd ilə mümkündür!