Öz Gününü YARat

Seminar / Training

Loading..

About Event:

Öz Gününü YARat

Iddialı, məqsədyönlü və çalışqan xanımlar üçün hər gün bayramdır. Xaricdə təhsil almaq, təcrübə qazanmaq və özünü inkişaf etdirmək isə bütün xanımların haqqıdır. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, “Azərbaycan – Britaniya Məzunları” İctimai Birliyi və “Sosial Biznes Gənclər Mərkəzi”nin tərəfdaşlığı ilə 9 mart , saat 15:00 – 18:00 – da “Öz gününü YAR’at” – adlı mini forum keçiriləcəkdir. Forumun əsas məqsədi beynəlxalq müstəvidə özünü sınamaq istəyən xanımlara dəstək göstərmək və onların qarşılaşdıqları çətinlikləri, sualları müzakirə etməkdən ibarətdir. 

Savadlı ana, savadlı cəmiyyət və gələcək deməkdir. Bu istiqamətdə xanımları dəstəkləyən bəyləri də forumda iştirak etməyə dəvət edirik. Forum 3 hissədən və kofe fasiləsindən ibarət olacaqdır.

Spiker 1 – “Qərbdə oxumaq çətindirmi?” – Zümrüd Cəlilova ( University of Bristol)
Spiker 2 – “Asudə vaxtın dəyərləndirilməsi” – Səkinə Vəliyeva ( University of Manchester )
Spiker 3 - “Bu yolda rastlaşdığımız problemlərlə mübarizə” – Zümrüd İsmayılova ( Adam Mickiewicz University – Erasmus )



Yalnız qeydiyyatdan uğurla keçmiş iştirakçılarla əlaqə saxlanılacaq. Qeydiyyat üçün son tarix: 8 Mart, 15:00 




Nəsimi r., Kaveroçkin küç. 30 (Amerika Səfirliyi ilə üzbəüz)