SBYC Baku: From University to Business training package

Seminar / Economy

Loading..

About Event:

SBYC Baku: From University to Business training package

Əziz dostlar! Sosial Biznes Gənclər Mərkəzi From University To Business platformasının əsas tərəfdaşı olaraq Azərbaycanda gənclər üçün yeni layihəyə imza atır! Karyeraya başlamaq üçün bu bilikləri praktiki formada və sıfırdan öyrənmək üçün əla fürsətı qaçırmayın!

Qısaca UTB adlanan From University to Business Azərbaycanda ilk olaraq yuxarı kurs tələbələrin və gənc işcilərin praktiki cəhətdən iş həyatına hazırlanması və peşəkat kadr hazırlanmasını qarşısına məqsəq qoymuş təlim mərkəzidir.

SBYC və UTB öz sahələrində illərdir yüksək peşəkarlıq qazanmış və kifayət qədər tanınmış təlimçiləri bir araya gətirərək sizlərə ən keyfiyyətli və fərqli şəkildə təlim paketini təklif edir! Təlim paketinə daxildir:

Vergi uçotunun əsasları
 Praktiki mühasibatlıq
 Daxili audit xidməti
 İnsan Resursların idarə olunması

Bu təlim paketi layihəsində iştirak edərkən nə qazanırıq? 
- Bir-bir ilə sıx əlaqədə olan sahələri kompleks şəkildə praktiki misallarla öyrənmək imkanı
- Öz sahəsində peşəkarlarla şəbəkələşmə və ünsiyyət imkanı
- İntervyu prosesinə hazırlıq, uğurlu karyera qurmaq üçün başlıca şərt olan şəxsi keyfiyyətlərin inkişafı haqqında yekun sessiya və seminar
- Gələcək karyera hədəflərinizi daha aydın və düzgün şəkildə qoyulması
- Sahibkarlıq düşüncəsinin inkişaf imkanı
- Reqiondakı gənclər üçün yaradılan pulsuz proqramların təşkilinə dəstək imkanı
- Çay fasiləsi
- Sertifikat

Xüsusi qeyd: Çay fasiləsi zaman fiziki məhdud xanımların hazırladığı şirniyyatlar istifadə olunacaq. Təlim paketi üçün edilən ödənişlər xüsusi qayğıya ehtiyacı olan xanımlara həm maddi, həm sosial cəhətdən dəstək olacaq.


İlk açıq dərsimiz : 30 Mart, saat 11.00

Xəritə