İlk dəfə Bakıda, 25 may 2019-cu il tarixində, dünyaca məşhur kamança ifaçısı, dərin melodiyaların ustadı, əfsanəvi Mark Eliyahunun Heyər Əliyev Sarayında konserti keçiriləcək.
Mark Eliyahu 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Markın ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən ona hədiyyədir. Bu Habil Əliyevin alətlərindən biri idi və o, kamançanı Marka onun işini davamçısı sayırdı.
Mark Eliyahu – Türk, Ərəb, İran və ən əsas Azərbaycan musiqisi olan muğamının incəliklərini və dərinliklərini müasir musiqi sevərlərə öz virtuoz ifası ilə təqdim edir.
Konsert çox rəngarəng, əsrlərin dərinliklərindən gələrək düşüncələri aydınladan abu-havada keçəcək.
Biletləri şəhərimizin kassalarından və iTicket.az saytından əldə edə bilərsiz.