Elmi Məqalə və Dissertasiyalar-ın yazılma qaydaları

Seminar / Personel development

Loading..

About Event:

Elmi Məqalə və Dissertasiyalar-ın yazılma qaydaları

İnformasiya toplamaq, müəyyən məsələni araşdırmaq və mülahizələr ərsəyə gətirmək bir ayrı, onları elmi məqalə və dissertasiya formasında yazmaq isə ayrı məharət tələb edir. Hazırda Azərbaycanda elm dairələrində və ali təhsil müəssisələrində ən aktual mövzulardan biri məhz elmi məqalə və dissertasiyaların yazılma qaydalarının öyrənilməsidir. Geniş tələbi və mövzunun aktuallığını nəzərə alaraq, IB Club İnqilab Şahbazov ilə birlikdə Məqaləni necə yazmalı? adlı təlimi sizə təqdim edir.

Bu təlimdə təqdimatçı tərəfdən fundamental məsələlər - yazılış qaydaları, texniki və metodiki işlər və s. izah edildikdən sonra, nümunələr üzərindən həmin məsələlər əyani formada izah ediləcək. 

Daha sonra isə, iştirakçılardan kiçik ölçüdə məqalə yazmaq tələb ediləcək, onlar təlimçi tərəfindən dəyərləndiriləcək. Sonda isə müzakirə və sual-cavab sessiyası təşkil ediləcək.

Təlim haqqında

Təlim 3 saat davam edəcək və cofebreak arası olacaq.

Təlimdə iştirak edənlərə sertifikat veriləcəkdir.
Təlimdə iştirak haqqı 15 manatdır. Yalnız martın 5-inə kimi qeydiyyatda keçənlər 10 manat ödəməklə biletləri əldə edə bilərlər.

Təqdimatçı haqqında
İnqilab Şahbazov 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr təhsili almışdır. O, magistratura təhsilini isə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə almışdır. Hazırda özünün də həmtəsisçisi olduğu Azərbaycan Elm Assosiasiyasının həmsədri vəzifəsini icra edir.

O, hər iki təhsil müddətində kriminologiya, hüquq və cəza mövzuları barədə geniş biliklər əldə etmiş, tədqiqatlar aparmış, kriminologiya üzrə 2 dissertasiya hazırlayıb müdafiə etmişdir. Dissertasiyaların mövzuları cinayətin baş vermə səbəbləri, onun cəzalandırma metodları və effektivliyi sahələrini əhatə etmişdir. Praktiki olaraq isə, İngiltərədə təhsil aldığı müddətdə kriminologiya sahəsində kəmiyyət tədqiqatı, sosial məsələlər üzrə isə keyfiyyət araşdırmaları aparmışdır. O, Azərbaycanda araşdırma şirkəti (SİAR Consulting) və beyin mərkəzində (İqtisadi və Sosial İnkişaf Mərkəzi - İSİM) çalışdığı müddətdə sosial, kriminoloji və iqtisadi məsələlər üzrə müxtəlif metodoloji üsullarla araşdırma aparmış, nəticələrini aidiyyəti qurumlara təqdim edib. Şahbazov 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə aparılan - dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin araşdırıldığı tədqiqatın rəhbəridir.

İnqilab Şahbazov Sosioloji nəzəriyyələr kitabının müəllifidir. Bununla yanaşı, onun dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirləri ilə apardığı araşdırma - Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes ingilis dilində International Journal of Crime, Law and Justice jurnalında 30 yanvar 2019 tarixində dərc edilmişdir. Təqdimatçı sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan Market Research Society Advanced Certificate in Market and Social Research Practice sertifikatının sahibidir.

Xəritə

Tags On Events: