Düşün, daşın, davran - Koqnitiv davranış psixoterapiyası

Seminar / Psychology

Loading..

About Event:

Düşün, daşın, davran - Koqnitiv davranış psixoterapiyası

Social Services Center sizi koqnitiv davranış psixoterapiyası mövzusunda təlimə dəvət edir. Koqnitiv davranış terapiyası (KDT) ən çox elmi araşdırma aparılan psixoterapiya növüdür. Bu psixoterapiya növünün depresiya və təşviş pozuntularının müalicə olunmasında effektivliyi bir çox meta-analizlərin nəticələrində ortaya çıxmışdır. 

İki hissədən ibarət olacaq təlimin birinci hissəsində koqnitiv davranış terapiyasının təməlində dayanan davranışcı və koqnitiv nəzəriyyələr haqqında məlumat əldə edəcək, bu nəzəriyyələrin psixi pozuntuların yaranmasını necə izah etməsi ilə tanış olacaqsınız, koqnitiv davranış terapiyasının kimin üçün, hansı problemlərin həllində tövsiyyə olunduğunu öyrənəcəksiniz. 

Çay fasiləsindən sonra koqnitiv terapiyanın gündəlik həyat üçün faydalı ola biləcək üç texnikası ilə tanış olacaq və təlim ərzində bu texnikaları iki nəfərlik qrup şəklində məşq edə biləcəksiniz. 

Bu texnikalarla tanış olmaq, onları mənimsəmək gündəlik həyat fəaliyyətinizin yaxşılaşmsına, psixoloji müvazinətinizin möhkəmlənməsinə yardım edə bilər. 

Təlim koqnitiv texnikaların məşqi zamanı yaranan sualların müzakirəsi və yekun xülasə verməklə sonlanacaqdır.

Təlim sosial elmlər və psixologiya üzrə təhsil alan, işləyən və psixologiya sahəsinə marağı olan hər bir kəs üçün nəzərdə tutulub, sadəcə 12 nəfər dinləyici olmaqla keçiriləcəkdir. 

Təlimçi Rövşən Süleymanov magistr təhsilini Varşava Universiy of Social Sciences and Humanitiesdə (SWPS) alıb. Hazırda depressiv və təşviş pozuntularının Koqnitiv-davranış terapiyası (KDT) vasitəsilə müalicəsi ilə məşğuldur.

Xəritə