Build The Future: Şəhərlər və Qadınlar

Seminar / Training

Loading..

About Event:

Build The Future: Şəhərlər və Qadınlar

Baku IdeaLab sizi Şəhərlər və Qadınlar adlı simpoziuma dəvət edir.

Urban konteksində transformasiya olunmuş gender rolları inkluziv cəmiyyətin qurulmasını, daha geniş ictimaiyyətin iştirakını təmin edir. Şəhər mühitlərində kənd yerləri ilə müqayisədə qadınlar üçün bir çox üstünlüklərin olmasına baxmayaraq, bu, şəhərlərdə hələ də gender bərabərliyinin təmin olunduğu demək deyil. Baku IdeaLab olaraq təşkil edəcəyimiz simpoziumda eyni şəhərin müxtəlif gender kimliyi olan sakinləri üçün inkişaf mühitinin nə qədər bərabər paylanması barədə spikerlərimiz Zümrüd Cəlilova və Hüseyn Abdullayev ilə müzakirə edəcəyik. 


Zümrüd Cəlilova - Hazırda Bakı Dövlət Universitetində 3 dildə gender tədrisini öyrədir. Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətində layihəsi meneceri vəzifəsində işləmiş, Avrasiya Əməkdaşlıq Fondunda (AƏF) “Yeddi” adlı Gender lahiyəsi üzrə əlaqəndirmə mütəxəssisi vəzifəsində çalışmışdır.
O, iki dəfə dövlət təqaüdü qazanıb və Bakıda Nəsimi rayon İcra Hakimiyyətində və Milli Məclisdə təcrübə keçib. Beynəlxalq münasibətlər və gender ixtisası üzrə maqistr dərəcəsini Bristol Universitetində almışdır. Təhsilini bitirdikdən sonra o, BMT-in Bakidaki ofisində İnkişaf Programı (UNDP) və sonradan BMT-in Jenevrədə yerləşən Avropa İqtisadi Komissiyası (UNECE) qurumlarında təcrübə keçmişdir.
Zümrüd Cəlilova eyni zamanda gender bərabərliyi mövzusu ətrafında ictimai müzakirəni təbliğ edən Equals Bakınun həmtəsisçisidir. Həmçinin o, iki il WoWoman və Human Foundation-da lahiyə meneceri kimi könüllü olaraq fəaliyyət göstərmişdir. 

Hüseyn Abdullayev - Transport for Baku səhifəsinin müəllifi. Bakıda dayanıqlı şəhər nəqliyyatı sahəsində təbliğat aparır. Piyada infrastrukturunun yaxşılaşdırılması, ictimai nəqliyyatda islahatların aparılması, daha təhlükəsiz şəhər mühiti üçün çalışır.


Tarix: 7 mart 2019
Saat: 19:00
Məkan: Baku IdeaLab
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə. 

Giriş sərbəstdir.

Xəritə