Əminağa Sadıqov - Elm və Təhsil: Yeni çağırışlar

Seminar / Training

Loading..

About Event:

Əminağa Sadıqov - Elm və Təhsil: Yeni çağırışlar

Dəyərli dostlar,

28 fevral 2019-cu il tarixində baş tutacaq görüşümüzün qonağı Əminağa Sadıqov Elm və Təhsil: Yeni çağırışlar mövzusunda çıxış edəcəkdir.

Əminağa Sadıqov — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü (2017), texnika elmləri doktoru, və professordur. 2 may 2017-ci ildə Kompüter elmləri ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 

Dünyanın 40-a yaxın ölkəsində keçirilmiş 60-dan çox mötəbər beynəlxalq tədbirdə Azərbaycan Respublikasını və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etmişdir. Müxtəlif ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında, İsraildə, Malayziyada, Almaniyada, Yunanıstanda, Tailandda və s. elm, təhsil, texnologiya və idarəetməyə dair ixtisaslaşmış kurslarda, treninqlərdə iştirak etmiş və müvafiq sertifikatlar almışdır.

Göruş hər kəsə açıqdır və 14:00-16:00 saatları aralığında ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin konfrans zalında həyata keçiriləcəkdir. 

Xahiş edirik ki, 25 fevral 2019-cu il tarixindən öncə qeydiyyat linki  vasitəsilə iştiakınızı təsdiqləyin.

Xəritə