Gəncliyin dalğasında yay festivalı: Klassik musiqi gecəsi

Festival / Entertaintment

Loading..

About Event:

Gəncliyin dalğasında yay festivalı: Klassik musiqi gecəsi

Xəzər Gənclər evinin təşkilatçılığı ilə “Gəncliyin dalğasında” adlı yay festivalı davam edir. 10 avqust 18:00-da “Gəncliyin dalğasında” adlı yay festivalı çərçivəsində Beynəlxalq Gənclər gününə həsr olunmuş Klassik musiqi gecəsi keçiriləcək. Konsert Şağan Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirimizdə çıxış edəcək qonaqları sizə təqdim edirik:

Elnarə Məmmədova- Opera müğənnisi-Soprano. Azərbaycan Respublikasının Əməkdar artisti.Bakı şəhər Bül-Bül adına Musiqi məktəbini və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasını bitirib (Azərbaycan Respublikasının Xalq artisti Xuraman Qasımovanın sinifi). Bir sıra Beynəlxalq və Respublika konkurslarının laureatıdır.Vokalistlərin IV Beynəlxalq “Ulduz rapsodiyası” konkursunun laureatıdır ( Sankt- Peterburq şəhəri, 2017, I premiya). Bül-Bül adına vokalistlərin Beynəlxalq konkursunun laureatıdır ( Bakı şəhəri, 2018, III premiya). 

Nazxanım Dadaşova- P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbini bitirib. . Hal-hazırda P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsidir. Prezident təqaüdçüsüdür. Adı Azərbaycanın Gənc istedadlarının Qızıl Kitabına yazılıb.Beynəlxalq konkursların və festivalların laureatıdır. Rubinşteyn adına Beynəlxalq konkurs laureatıdır (Paris,2012 və 2014-cü illər, I premiya)

Gülsüm Xəlilova- Liriko-dramatik soprano.Bakı şəhər L. və Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi məktəbini bitirib (Gülnaz İsmayılovanın opera sinifi) . Hal- hazırda Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının tələbəsidir (SSRİ Xalq artisti Fidan Qasımovanın sinifi). İnternational Art Contest- Festival Future stars laureatı (Bakı,2016, I premiya).

Əliyeva Nərmin- Akademik vokal. Moskva Dövlət Mədəniyyət İnstitutunda təhsil alıb. ”Felice Musica” Beynəlxalq festivalın diplomatı (Moskva,2017). Musiqili Komediya teatrının solistidir (Bakı şəhəri) .


Lalə Hüseynzadə- Beynəlxalq və Respublika konkurslarının laureatıdır. Bakı şəhər Bül-Bül adına Musiqi məktəbini və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasını bitirib. Prezident təqaüdçüsüdür.

Anar Seyidov- Bakı şəhər Bül-Bül adına Musiqi məktəbini və P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Bir sıra Beynəlxalq konkursların laureatıdır. Yunanıstan Beynəlxalq konkursunun laureatıdır ( Rodos şəhəri,2014).

Ənvər Kərimov- Bakı şəhər Bül-Bül adına Musiqi məktəbini və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasını bitirib. Bir sıra Beynəlxalq konkursların laureatıdır. . Prezident təqaüdçüsüdür. Adı Azərbaycanın Gənc istedadlarının Qızıl Kitabına yazılıb. Hal-hazırda P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsidir.

Atabala Manafzadə- Fortepiano Hal-hazırda Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasının 2-ci kurs tələbəsidir. Adı Azərbaycanın Gənc istedadlarının Qızıl Kitabına yazılıb və Prezident təqaüdçüsüdür. Bir sıra Beynəlxalq konkursların laureatıdır. Almaniyanın Mühlaker şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsinin ən yüksək Premio Assolutp mükafatına layiq görülərək, bu şəhərdə solo konsertə dəvət alıb. I Bursa Nilüfer Beynəlxalq Piano müsabiqəsində I dərəcəli diploma layiq görülüb.

Məlik Ramiz- Jazz ifaçısı. Bakı Jazz festivalının qalibi.
Nurlan Abdullazadə-Bakı Jazz festivalının qalibi (2017)
Nərgiz Məmmədova- Soprano
Mustafa Xəlilov- Trombon. 21 saylı musiqi məktəbinin trombon ifaçılıq sinifində, daha sonra Bakı Musiqi Akademiyasında təhsil alıb.Akademiyanın 2 kursundan Azərbaycan Dövlət Simfonik orkestrində işləyib.
VII Respublika müsabiqəsi Rodniki duşi , Beynəlxalq Rostropoviç adına festival , II Respublika müsabiqəsinin, Gəncliyin səsi festivalın laureatı olub.
Hal-hazırda İsveçrənin HEMU ali məktəbində, dünya söhrətli trombon solist Jak Mojenin sinifində maqistr pilləsində təhsilini davam etdirir.