Düşündür və Sevdir! adlı Maarifləndirici Xeyriyyə Sərgisi

Exhibition / Art

Loading..

About Event:

Düşündür və Sevdir! adlı Maarifləndirici Xeyriyyə Sərgisi

Heyvanlar və onların dilindən ictimaiyyətə fikir çatdırmaq arzusunda olan bacarıqlı Rəssamlarımıza:

Heyvanlar aləminə münasibətdə mərhəmətə çağıran “DÜŞÜNDÜR və SEVDİR!” adlı Maarifləndirici Xeyriyyə Sərgisində fəal iştirak etməyə DƏVƏT EDİLİRSİNİZ.

Əsərlərinin tamamlanması 25 İyun, 2018 tarixinə qədərdir. 
Layihənin ideya rəhbəri Anar Abdullayevdir. Əlaqə nömrəsi: 077 5338487

Tərəfimdən MÜQƏDDİMƏ:

“İnsan canlılar arasında yeganə məxluqdur ki, təyinatına uyğun yaşamır”

Heyvanlar aləminin müdafiəsi üçün edilən səylər nəticə vermək əvəzinə, əksinə daha da mürəkkəbləşir. Kənd təsərrüfatının qida məhsuluna çevrilən, acımasızcasına öldürmək üçün öncə bəslədilən canlılardan başlayaraq, əyləncə mənbəyi kimi sirk və zooparklarda əsarətdə saxladığımız vəhşi təbiətin heyvanlarının taleyinə qədər vəziyyət heç də yaxşılığa deyil, daha da uçuruma doğru “diyirlənir”, heyvan haqlarının acısını anlayan hər birimizin ümüdlərini də özü ilə bu “uçuruma” sürətlə dartır.... lakin, biz, təslim olmuruq, çünki, onları anlayır, sevir, onlara kömək etmək istəyirik. Yer Planetinin heyvanar aləmi üçün cəhənnəm olmasının səbəbi təbii fəlakətlər deyil, süni əməllərlə, biz insanların “işi” oduğunu isəqəbul etmək utandırıcı olsa da, həqiqət olduğunu danmamalıyıq...
Hər bir insan övladı o möcüzələr diyarı “cənnət”-ə düşmək arzusundadır. Bəzilərimiz bir-birimizə “cənnətlik ol” arzusunu da diləyərkən də, bunun mümkünsüz olduğunu anlayırıq. Eyni bir Planetin canlıları olaraq “birinin cəhənnəmini yaradan insan övladı “cənnətlik” omamışdır hələ”.

Bunu oxuduğunuz zaman (mənim bunu yazdığım zaman) ölkəmizin üzərindən ötən, bizə yay ayını köçüb qonaq gələn quşların tam yarısı ovçuların bir-birinin bəhsinə girərək tüfənglərinə tuş gəlir, tələf edilir. Süni yollarla artırmağa, qoruyub yaşatmağa çalışdığımız ceyranlarımız xəlvətə salınıb, şikar edilir, meşələrimizin sayı hədsiz azalmış əzəmətli ayıları yanında gəzdirdiyi balasına acımasızcasına ovlanılır, yetim qalmış balaları ərköyün ovçu uşaqlarının oyuncağı olsun deyə əsir götürülür, hələ bu son deyil.... “əziz-xələf uşağımı dişləyə bilər” dişləri kəlbətinə çəkilir.., öz cibi, şəxsi mənafeyi, gəliri naminə meşələrimizi, dənizimizi canlı aləmindən “öz tarlasının məhsulu kimi təmizləyən” yalnız mədə və ayaqlardan ibarət “mədəayaqlılar”-dan mübarizə metodlarımız hələ də YOX-dur. Ən çoxu 15 il ərzində bütün canlı təbiətimizin nümayəndədən məhrum olmaq təhlükəsi labüddür.

Və... sonda, biz, qapımızın lap önündə mərhəmətimizdən uzaq düşmüş “sahibsiz” heyvanlara sahib çıxmaq, onlardan vəfalı dost olmasını tələb etmək yox, vafalı sahib olmağımızı özümüzdən rica etmək, heyvanları müdafiə etməklə insanlığımızı yaşatmağa davamlı cəhd edəkən, təbiətlə qırılmış əlaqələrimizi bərpa etməyə çalışarkən, daşlaşan, metallaşan, şüşələşən soyuq həyatımızdan bir anlıq öz təbii aləmimizlə, həqiqi təbiətimizlə hələ də əlaqəmizin olduğunu hiss etməyə, agac kökləri kimi hələ də torpaqdan qida aldığımızı duymağımıza imkan yaratmağa, canlılaşmağa, humanistləşməyə çalışırıq.

Burada da maneəsiz ötüşmür, son ümüd yerimiz olan bu hissləri bizdən almağa çalışan “heyvan dostlarımızın cəhənnəmininin baniləri, heç vaxt insan olmayıb, insani keyfiyyətlər barədə heç bir anlayışı olmayan, öz əməlləri ilə Dünya qarşısında bizi rəzil edən, başımızı Yaradan qarşısında aşağı edən, vəfalı dostlarımızın qanı ilə özünə “kostyum” geyinib , qarnına “yemək” yeyən həqiqi bədheybətlər var. Onları dayandırmaq mümkün olmadığı qədər də “insan”-lardan ayırmaq çətin olur, insan simasında gəzən cəhənnəm məxluqlarını tanımadan, onarla yanaşı yaşamaq dəhşətlər aləmində yaşamaqdır.

“Biz, quşlar kimi göydə uçmağı, balıqlar kimi suda üzməyi öyrəndik, indi isə ən əsas məsələ, insan olub, insan kimi yaşamağı öyrənməliyik” Bernard Şou.

Kaş ki.... Kaş ki, bizdən öncə “bunlara” qarşı valideynlərimiz “tədbirlər” görəydilər, kaş ki... İndi bunarın əvəzinə, eyni simada, lakin bir başqa şəxs və bəlkə də bir şəxsiyyətlər, əsasən isə İNSAN olardı. Valideynlərimizin zamanı bizim yaşadığımız dövrdən 180 dərəcə fərqlidir, texniki tərəqqi, internet şəbəkələr və sə. Onlar üçün məlum səbəblərdən edə bilmədiyi dönüşü biz sizinlə edə bilərik, daha doğrusu etmək vəzifəmiz və borcumuzdur.

Nə etməli?
_Qüvvəmizi artırmalı, sıralarımıza sonsuz sayda gözəl qəlbli insanları, dostarımızı dəvət etməli,gücümüzü artırmalı, bu uçurumdan sevdiyimiz canlıları xilas etməklə, İNSANLIĞIMIZI uçurumdan xilas etməliyik.
Necə dəvət etməli, axı hamı bizim kimi düşünmür?
_İnsanarı düzgün yola dəvət etmək üçün onlara həqiqətləri çatdırmalı, heyvanların acısını anlatmalıyıq. İnsanların düçüncələrinə işıq salmalıyıq. Ətrafımızdakılara heyvanların yaşamağa bizim qədər tam haqqı olan,bizim qədər kədərlənən, ağrı hiss edən eyni Planetin canlısı olduğunu xatırlatmaq, insan kimi bütün varlıqların xilaskarı kimi xüsusiyyətlərlə Tanrı tərəfindən mükafatlandırıldığımızı, ğözəl işlər görməyin, mərhəmətli olmağın ən gözəl nemət oduğunu, qəddar hisslərin cılız varlıqlara, mərhəmət hissinin yalnız güclü insanara məxsus olduğunu çatdırmaq, bir yerdə, ümumi gücümüzlə bütün varlıqların CƏNNƏT məkanı yaratmağa dəvət etməkdir. Sevdiklərimizi qorumaq yolunda inadla çalışaq, daha çox insanları bu mərhəmətli işlərə kömək üçün sıralarımıza dəvət edərək qüvvəmizi artıra bilər, Dünyanı həqiqi Cənnətə çevirərik.

Rəsmlərin, şerin, musiqinin dili ilə düşündürüb, fikir çatdırmaq asan olur, deyiblər. Bu səbəbdən də xüsusən fəal olmağa Sizi dəvət edirik.

Hörmətlə: Mənsurə Rəsulzadə