TEDxKhazarUniversity

Seminar / Art

Loading..

About Event:

TEDxKhazarUniversity

2018-ci il iyunun 25-i saat 16:00-da Xəzər Universitetinin şəhər mərkəzindəki kampusunda (Bəşir Səfəroğlu küç. 122) –“Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində TEDxKhazarUniversity-nin növbəti –“Ömürboyu sevgi” adlı tədbiri olacaq. TEDxKhazarUniversity tədbirinin budəfəki qonaqları Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, bioloji elmlər üzrə dosent İradə Xəlilova, Xəzər Universiteti Avrasiya Bilik Mərkəzinin rəhbəri, iqtisadi elmlər üzrə professor İnqilab Əhmədov, kinorejissor Ayaz Salayev, “Gələcəyini Qur” layihəsinin rəhbəri Bəhruz Hidayətzadə, sosial aktivist Leyla Qasımova, peşəkar gamer Cəlal Hüseynbəyli olacaq.

Biletlər(7 AZN) Xəzər Universitetinin “Neftçilər” kampusunda (204A), Beynəlxalq Əlaqələr Şöbəsində və Karyera Mərkəzində satılır. Bundan başqa, biletləri Xalq Bank və VTB bankdan əldə etdikləri (rekvizitlər aşağıdadır) qəbzlə tədbir günü girişdə də ala bilərlər. Əlavə məlumat üçün bu e-mail-lə ([email protected]) və 0558123214 nömrəsiylə əlaqə saxlamaq olar.

Hamını TEDxKhazarUniversity həyəcanına qoşulmağa dəvət edirik.
Qeyd: ödəniş edərkən TEDxKhazarUniversity iştirak haqqı olduğu qeyd olunmalıdır.