Mentor Talks tədbiri

Seminar / Career

Loading..

About Event:

Mentor Talks tədbiri

Mentor Talks – 22 Apreldə özünü inkişaf kateqoriyası üzrə 7 nəfər spikerin çıxış edəcəyi yarım günlük tədbirdir. Sloqanımız: Gələcəyini bu gün inşa et!

Spikerlərimiz:
✔️ İlham Ali Yusif – PMP, layihə meneceri, bloqqer
✔️ Həlimə Qəmərlinskaya - Psixoloq, Kouç, Stres menecment üzrə ekspert
✔️ Seymur Rəsulov - Ted Spiker, Kouç
✔️ Cəlalə Nəzəroğlu - Müəllif, Təsisçi, Radio aparıcısı, Natiqlik üzrə təlimçi
✔️ Coşqun Kərimov - Natiq, yazıçı, kouç
✔️ İsmayıl Vəliyev - Spiker, kouç, Msc Harvard Universiteti
✔️ Həbib Əlizadə - Ucqar kənd müəllimi

Tədbirin proqramı:

14:00 – 14:50 Qeydiyyat və Networking
14:50 – 15:00 Dinləyiciləri salamlama və spikerlərin təqdimatı

15:00 – 15:20 İlham Ali Yusif 
Biz bunları çoxdan bilirik!

15:20 – 15:40 Cəlalə Nəzəroğlu
Dilimin ucundakı kəlmələr

15:40 – 16:00 Seymur Rəsulov
Gələcək üçün bu gün nə etməli?

16:00 - 16:20 Kofe-breyk

16:20 – 16:40 Coşqun Kərimov
Arzuladığınız hissi indi yaşayın!

16:40 – 17:00 Həbib Əlizadə
Görəsən, mən o müəlliməm?

17:00 – 17:20 Həlimə Qəmərlinskaya
Özünü inkişaf və motivasiyanın psixologiyası

17:20 – 17:40 İsmayıl Vəliyev (ABŞ-dan canlı bağlantı)
Bizə Mentor lazımdırmı?

17:40 – 18:00 Yekun

Tədbirin keçiriləcəyi yer: Pullman hotel 
Tarix: 22 Aprel, 14:00

Mentor Talks tədbiri ödənişlidir. 

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN), İanə (39 AZN) və Klass (69 AZN) biletlərdən birini seçə bilərlər.

İanə biletin digər biletlərdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq. 

Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanacaqlar.

Tədbirə bilet əldə etmək üçün:
Mob: (070) 296 64 66, Tel: (012) 596 56 38 nömrələriylə əlaqə saxlaya,
Mentor.az saytında qeydiyyatdan keçə,
Qeydiyyat linki: http://mentor.az/index.php#ts-ticket

Səhifənin mesaj və rəy bölümünə yaza bilərsiniz.

Biletləri Caspian Plaza I korpus 8-ci mərtəbə, Oskar şirkətindən əldə edə bilərsiniz. 
Eyni zamanda qeyd etdiyiniz ünvana çatdırılması da mümkündür.

#MentorTalks

Xəritə