Tech-Tech Xanım: Android Proqlamlaşdırma

Seminar / Science and Technology

Loading..

About Event:

Tech-Tech Xanım: Android Proqlamlaşdırma

WoWoman: Tech-Tech xanım komandası olaraq biz qadınların İT sahəsində inkişaf etmələri,karyera quran zaman düzgün istiqamət seçmələri və qarşılaşdıqları problemləri tək deyil,onlarla birlikdə həll etmək üçün çalışırıq. Bu istiqamətdə xanımları maarifləndirmək, onların özlərini daha da inkişaf etdirmələri üçün müxtəlif kurslar, təlimlər və tədbirlər təşkil edirik.

Son bir neçə ayda təşkil etdiyimiz kurslar silsiləsini yeni kursumuzla davam edirik.
Beləliklə sizi fəaliyyətimizin ikinci ilində təşkil etdiyimiz ikinci uzunmüddətli Android proqramlaşdırma kursumuza dəvət edirik. Kursun məqsədi xanımlara Android proqramlaşdırmanı öyrətmək və öz mobil tətbiqetmələrini yaratmağı təmin etməkdir.

Kursa gəlməklə aşağıdakı bilikləri əldə edəcəksiniz :
- Android ilə tanışlıq və ümumi anlayışlar
-Androiddə praktiki iş və xüsusiyyətlərindən istifadə
- Android platformasında proqramın yazılması

Kursun sonunda artıq hər bir iştirakçı öz mobil tətbiqetməsini yaratmış olacaq.

Təlimçi haqqında məlumat :

Hilal Həsənli – “Turan Bank ASC” - C# & Android developer .
“Hackathon 2017” –yarışmasında komanda olaraq iştirak etmiş və qaliblərdən biri olmuşdur.

Kursun müddəti : 3 ay
Başlanma tarixi : 19 sentyabr
Aylıq ödəniş : 66 AZN
Kurs həftədə 2 dəfə , hər dərsin müddəti 2 - 2.5 saat olmaqla 2-ci gün saat 19:00 və 6- cı gün saat 15:00-da baş tutacaq.

Kursda iştirak edə bilər :
– Proqramlaşdırmadan anlayışı olmasa da özünəinamı GÜCLÜ olan, ÇALIŞQAN və bacaracağına İNANAN hər bir xanım .

İştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz: http://bit.ly/2uLiE6S
Son qeydiyyat tarixi: 15.09.2017

Unutmayın ki , Tech-Tech xanım olmaq üçün uğurun sirri sizin barmaqlarınızın ucundadır !

Kurs bitdikdən sonra təşkil olunacaq imtahandan uğurlu nəticə əldə edən xanımlar sertifikat əldə edəcəklər.

Qeyd edək ki ,Android Proqramlaşdırma kursunda iştirak edən xanımlar növbəti ayda təşkil olunacaq kurslarımızdan biri olan “C# proqramlaşdırma dili “ kursuna 30 % güzəşt əldə edəcəklər.