CV - Uğurlu Karyeraya İlk Addım

Seminar / Career

Loading..

About Event:

CV - Uğurlu Karyeraya İlk Addım

Uğurlu karyera qurmaq istəyirsən, ancaq ilk addımı atmaq üçün yetərincə təcrübən və ya bilgin yoxdur? 

CV-ni xəyal etdiyin işdə çalışmaq üçün şirkətlərə göndərirsən, lakin müsahibəyə dəvət almırsan? 

O zaman “CV-Uğurlu Karyeraya İlk Addım” təlimində iştirak etməklə, ən vacib məqamlar barədə məlumat alıb, effektiv iş həyatına başlaya bilərsiniz!

Təlimin mövzuları:
- İş həyatında uğur qazanmaq üçün nələri bilməlisiz
- Düzgün CV- uğurlu gələcək
- Rezüme(xülasə)
- CV nədir və Rezumedən nə ilə fərqənir
- Xronoloji CV (yanaşma) 
- Hədəf CV
- Strateji CV

CV- yazarkən Özünüzü işəgötürənin yerində təsəvvür etməyə çalışın.
İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam.
Anket doldurma, CV yarat!

Qeydiyyat üçün: https://goo.gl/forms/S8T0DsroJUuEtMcv2

Təlimçi haqqında:
Mahmudova Təranə
HR-ekspert

Ali təhsillidir. İlk iş təcrübəsini Mədəniyyət Nazirliyində başlamış və həmin Nazirlikdə 10 il işlədikdən sonra özəl sektorlarda “BSC” MMC, “Evsen group”, “Çudo Peçka” MMC və “Mətanət A” kimi şirkətlərdə İnsan resursları departmentinin direktoru vəzifəsində çalışmışdır. Həmçinin Mado, Sirab ltd, Nihat BB Textile Factory, Natura Construction Ltd. kimi şirkətlərdə HR sistemlərinin analizi və HR sistemlərinin qurulması layihəsinin rəhbəri olmuşdur. 
Hazırda ProNET MMC şirkətinin HR şöbəsinin rəhbəri və Prospect Academy-nin təlimçisi vəzifələrində çalışır. 
O, bu günədək 100-dən artıq biznes forumda, lokal və beynəlxalq təlimlərin, konfrans, seminarların, eləcə də ISO 9001-2000 standartları çərşivəsində inzibati idarəetmə və İnsan Resurslarının idarəedilməsi üzrə beynəlxalq təlimlərin iştirakçısı olmuşdur. “İnsan Resurslarının İdarəedilməsi” təlimləri üzrə peşəkar təlimçidir.

Tarix: 19 avqust
Müddət: 3 saat (14:00-17:00)
İştiraka görə ödəniş məbləği: 15 AZN
Təlim sonunda iştirakçılara Sertifikat təqdim olunacaq. (Cofee break fasiləsi nəzərdə tutulub)

Xüsusi şərt (minimum 10 nəfər iştirakçı)

Bizimlə əlaqə:
????+994 12 3101221
☎️+994 77 2778377
http://prospectacademy.az/