Travelx: Travel Challenges

Seminar / Personel development

Loading..

About Event:

Travelx: Travel Challenges

Dünyanın ən hündür zirvələrini, aşılmaz cəngəllikləri və əlçatmaz adalarını fəth etmək arzusundasınız və bunu necə edəcəyinizi bilmirsiniz?! Travelx məhz bunun üçün var!

Hörmətli xanımlar və cənablar, biz qayıtdıq!
Travelx – Sizə aktiv, macərasevər səyahətçilərlə tanış olmaq, onların səyahət zamanı qarşılaşdığı maraqlı hekayələri dinləmək və onların səyahət təcrübələrindən yararlanmaq şəraiti yaradan platformadır.
Spikerlərin maraqlı əhvalatları əsl səyahət həvəskarları tərəfindən mütləq dəyərləndiriləcəkdir. Həmçinin, tədbirin sərbəst, qeyri-formal formatı Sizə uzun müddət unudulmaz müsbət emosiya və əla əhval-ruhiyyə hədiyyə edəcək.
Tədbir informativ və əyləncəvi xarakter daşıyır. Travelx layihəsinin əsas məqsədi aktiv turizmin tanıtımı və dünyanın istənilən nöqtəsinə maraqlı səfərlərin təşkil olunmasının stimullaşdırılmasıdır.
Travelx layihəsinin bu dəfəki mövzusu “Travel Challenges” adlanır. Spikerlərimiz səyahət zamanı qarşılaşdıqları çətinliklərdən və bu çətinliklərin öhdəsindən necə gəlmələrindən danışacaqlar.

Spikerlərimiz alpinist Fərid Novruzi Afrikanın inciləri olan Madaqaskar, Mavriki və Reunion adalarına olan səyahətindən, Kamran Əsədov şəxsi motosikleti ilə Bakıdan Romaya səyahətin verdiyi zövq və çətinliklərdən, Baba Ağayev Afrikanın ən hündür zirvəsi Kilimanjaronun fəthi, 1həftə vəhşi təbiətlə sınağından, Günay Gözəlova Avstraliya, Tasmaniya və Hindistana səyahəti zamanı 2 ay ətsiz, 10 gün nitqsiz, 5 gün susuz qalmağından, səyahət zamanı başına gələn hadisələr və Dry Fasting çətinliklərindən, Hüsniyə Məhərrəmova isə aparıcı kimi xarici ölkələrə işgüzar səfərlərindən danışacaq.

Tədbirin təşkili Vizam.az şirkəti tərəfindən həyata keçirilir. Layihənin partnyorları: Səyahət sponsoru AtaTravel, “Macəra” sponsoru Traveler’s Nirvana, Gənclik sponsoru AIESEC in Azerbaijan.
İnformasiya dəstəyi: Tripanema Magazine.

Məkan: Holiday Inn, Bakı zalı
Tarix: 16 İyul 2017, saat 13:30
Biletlərin qiyməti dəyişməz olaraq qalır - 29 AZN
Biletlər və tədbir haqqında daha ətraflı məlumat üçün aşağıdakı emailə yaza və ya nömrəyə zəng edə bilərsiniz: 
Email: [email protected]
Mob: +994 50 300 0135