Human filminin nümayişi

Presentation / Movie

Loading..

About Event:

Human filminin nümayişi

Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsi Caspian Platfromla əməkdaşlıq çərçivəsində növbəti filmin nümayişini həyata keçirəcək. Film günləri silsilədən nümayiş olunacaq növbəti film “Human” (İnsan) filmi olacaqdır.

“Human” 2015-ci ildə fransız ətraf mühit müdafiəçisi və rejissor Yann Arthus-Bertrand tərəfindən çəkilən bir sənədli filmdir. Film hava görüntüləri və şəxslərin həyat hekayələrindən ibarətdir. İlk filmdir ki, BMT baş assambleyasında nümayiş olunmuşdur, hansı ki auditoriyada o zamankı BMT baş Katibi Ban Ki-Moon da olmaqla 1000 izləyici var idi.
Film 3 il ərzində istehsal olunmuşdur, Yann Arthusun komandasında çalışan 20 nəfər 60 ölkədən olan 2000 nəfəri intervyu etmişdir. Hər şəxsə intervyu zamanı eyni 14 sual verilib və şəxslər musiqisiz qara düz fonda çəkilmişdir. Film müharibə, ailə, din, sevgi, zorakılıq, homoseksuallıqla bağlı maraqlı hekayələr dinləməmizə yardımçı olacaq.
Arthus-Bertrand ümid edir ki, şəxsi identifikasiyadan uzaqlaşma bizi oxşarlığlarımız üzərində fokuslanmağa kömək edəcək və bölüşdüyümüz həkayələrə konsentrasiya olacağıq.
“Human” - 2016-cı ildə Beynəlxalq Vancouver Film Festivalında tamaşaçı səsverməsi əsasında Məşhur Beynəlxalq Sənədli film mükafatını qazandı.
İnsan heykayələrini dolğun və təsirli əks etdirdiyi üçün film tənqidçilər tərəfindən də müsbət qarşılanmışdır.

Filmin dili: İngilis (Türkcə altyazılı)
Yer: Caspian PlatForum
Tarix: 9 İyul (Bazar günü)
Saat: 17:00
Giriş sərbəstdir.