Konfliktlərin həll olunması Seminarı

Seminar / Personel development

Loading..

About Event:

Konfliktlərin həll olunması Seminarı

Reduco RUN təqdim edir !

17 İyun Saat 13:30-da Lamiyə Rzayeva`nın təqdimatında Konfliktlərin həll olunması adlı seminar təşkil olunacaq.

Seminarda müzakirə olunacaq əsas başlıqlar:
* Münaqişə nədir
* Münaqişələrin həlli niyə lazımdır
* Münaqişələrin həllinə olan müxtəlif yanaşmalar
* Rol oyunu
* Münaqişənin həlli və kompromis

Təlimçi haqqında:
Lamiyə Rzayeva Bakı Dövlət Universitetində Sosial iş üzrə bakalavr, Sosial tədqiqat metodları üzrə magistr təhsili almışdır. 5 ildən artıqdır ki, müvafiq sahədə təcrübəsi vardır. İndiyədək Azərbaycanda bir sıra yerli və beynəlxalq təşkilatlarda çalışmış, Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Avstriyanın Hilfsverk və Qazaxıstanın ARGO təşkilatlarına konsultasiya xidmətləri göstərmişdir.
5 il boyunca sosial iş və sosial xidmətlər üzrə 10larla beynəlxalq təlim proqramında iştirak etmiş L.Rzayeva, həmçinin bu sahə üzrə 3 il ərzində 200-dən çox tələbə, QHT nümayəndəsi və dövlət orqanı nümayəndələrinə sosial iş və əhalinin müxtəlif qrupları üçün sosial xidmətlərin təşkili mövzusunda təlimlər keçmişdir.
Lamiyə Rzayeva həmçinin Y-Peer Beynəlxalq Həmyaşıd Təhsili Şəbəkəsinin aktiv üzvüdür. Layihə yazılması və İdarəedilməsi və Münaqişələrin həll olunması mövzusunda beynəlxalq təlimçi statusuna malikdir. BMT-in Gənc Məşvərət Şürasının üzvüdür.

Qeydiyyat linki: https://goo.gl/3MfD9v

Daha ətraflı məlumat üçün aşağıdakı vasitələrə müraciət edə bilərsiniz:
???? +99450 524 11 22
???? [email protected]
???? Bülbül pr. 15, Sahil Biznes Mərkəzi 5-ci mərtəbə