“Hər kəsin bir sirri var” kitab təqdimatı

Presentation / Book

Loading..

About Event:

“Hər kəsin bir sirri var” kitab təqdimatı

Hər kəsi gənc yazar Orxan Bəy Həsənin Hərkəsin bir sirri var adlı kitabının təqdimatına dəvət edirik.
Təqdimat: 3 iyun
Saat: 17:00-18:00
Ünvan: ARES Azerbaijan/ Caspian Business Center IV mərtəbə/ [email protected]
Əlaqə: 051 603 77 66 ; 012 492 08 05
Giriş sərbəstdir

Kitab müxtəlif mövzuda dörd qısa hekayələrdən ibarətdir:
***
Xəyal gəmisinin kapitanı
Valideynlər övladlarının istəklərini qarşılamaq üçün əllərindən gələni edərlər. Lakin söhbət sənət və peşə seçimindən gedirsə, vəziyyət dəyişir. Təəssüf ki, əksər hallarda uşaqlar valideynlərinin onlar üçün seçdiyi yalnış sahələrin qurbanına çevrilir. Gənc Rəfael də onlardan biridir...
***
4-cü Depo
Bütün dövlərdə “qara ticarət” ən gəlirli biznes sahəsi olub. Minlərlə insan bu mafianın hədəfinə tuş gəlməkdədir. Yaşından, cinsindən, peşəsindən asılı olmayaraq hər kəs bir gün qurbana çevrilə biləcəyini yaxşı başa düşür. Hüseynovlar ailəsində baş verənlər isə bir daha hər kəsi qorxuya salacaq...
***
Fotoqraf
Şəkillər həyatımızın qısa tarixcəsidir. Xoş və bəd hadisələrin xatirələrini özündə yaşadır. Lakin Elçin təkcə xatirlərin deyil, həqiqətlərin də şəkillərdə olduğuna inanırdı....
***
Cadugarın tövsiyəsi
Qədim dövrlərdən bəri insanlar cadugarlıqla məşğul olurlar. Özlərini “Tanrı tərəfindən seçilmiş” hesab edənlərə Rüfət kimi inananlar da az deyil. O, dostunun başına gələn bədbəxt hadisələrin də cadu olduğunu düşünürdü.