İnsan Resurslarının İdarə Edilməsi Təlimi

Seminar / Training

Loading..

About Event:

İnsan Resurslarının İdarə Edilməsi Təlimi

“Business Management School” MMC artıq İnsan Resursları sahəsində müxtəlif mövzularda, hər biri təlim iştirakçıları tərəfindən yüksək qiymətləndirilən 220-dən çox iştirakçıya 24 təlim keçirtmiş və bu təcrübəsi ilə ən etibarlı təlim tərəfdaşınıza çevrilmişdir. Bu sahədəki ən iri həcmli təlimimiz olan, 3 dəfə təşkil edərək uğurla keçirtdiyimiz İnsan Resurslarının İdarə Edilməsi təliminə 3 Fevral 2017-ci il tarixindən etibarən 4-cü dəfə start veriləcək.
Bu təlimin ən önəmli xüsusiyyəti, İnsan resursları idarəçiliyi üzrə 4 peşəkarın təqdimatında keçirilməsi və İnsan Resurslarının idarə edilməsinə dair bütün funksiyaları əhatə edən 9 modul, 48 saatdan ibarət olmasıdır.

✔ Təlim kimlər üçün nəzərdə tutulub?

İnsan resurslarının idarə edilməsi sahəsində işləyən rəhbər və mütəxəssislər, eyni zamanda bu sahədə praktiki vərdişlərə yiyələnmək istəyən digər şəxslər.


✔ Təlimin məqsədi:

Təlimin missiyası şirkətlərdə optimal və effektiv insan resurslarının idarə edilməsi sisteminin qurulması və inkişaf etdirilməsi üçün təlim iştirakçılarına praktiki bilik və vərdişlərin aşılanması, bu sahədə qanunvericiliyin tələblərinin şərhi, həmçinin təcrübədə istifadə metodologiyalarının öyrədilməsidir.


✔ Təlim başlama tarixi: 103 Fevral 2017 / Bitmə tarixi: 12 Mart 2017

✔ Təlimin keçiriləcəyi gün və saatlar:

II və IV günlər: 19:00 – 21:15
Bazar günləri: 10:00 – 14:15

✔ Tədris dili: Azərbaycan dili

Modul 1– Şölə Əkbərova

Şirkətin təşkilatlanması, İnsan resurslarının idarə edilməsi (İRİE)sisteminin qurulması (10 saat)
1.1. Şirkətin (biznesin) fəaliyyət istiqamətinə, strateji məqsədlərinə və planlarına uyğun olaraq təşkilatlanması
1.2. Şirkətlərdə (dövlət və özəl sektor) İRİE bölməsinin əhəmiyyəti və təşkili
1.3. İRİE bölməsi və digər struktur bölmələrlə əlaqəsi
1.4. İRİE sisteminin, məqsədi və strategiyası, qısa, orta və uzun müddətli planlar
1.5. İRİE siyasəti və Konsepsiyası
1.6. İRİE funksiyaları (işə qəbul, planlama, təlim və inkişaf, XFİ, karyera inkişafı və s.), mahiyyəti və qarşılıqlı əlaqəsi
1.7. İRİE sisteminin tənzimləyici alətləri və mexanizmlər (vəzifə və iş təlimatları, iş axışı diaqramları və s)
1.8. İRİE bölməsinin və digər bölmələrin Əsasnamələrinin hazırlanması
1.9. HR prosedurların, təlimatların, daxili qaydaların hazırlanması
1.10. HR hesabatlılıq sistemi
1.11. Şirkətdə HR menecer və mütəxəssislərin rolu
1.12. Hər bir istiqamət üzrə qrup işləri və praktiki məşğələlər

Modul 2 – Coşqun İmanquliyev

İnsan resurslarının planlaşdırılması (4saat)
2.1. İnsan Resurslarının planlaşdırmasının əhəmiyyəti
2.2. İRP-nın Biznes Planındakı yeri
2.3. Sərt və yumşaq (Hard & Soft) planlaşdırma
2.4. Ssenari Planlaşdırılması və PEST yanaşma
2.5. Tələb təklif proqnozu
2.6. İşçi dövriyyəsi indeksi və İRP təsiri
2.7. Nisbət trend analizləri
2.8. Stabillik indeksi
2.9. Davamiyyət indeksi
2.10. Davamiyyətin idarə olunması
2.11. İxtisarların idarəolunması
2.12. İnsan Resurları Planlaşdırılmasından Strateji Planlaşdırılmaya keçid

Modul 3 – Şamo Mürşüdov

İşə Qəbul və seçim mərhələləri (8 saat)

3.1. Təşkilat bir sistem kimi
3.1.1. Şirkət daxili insan amilinin təhlili uğurlu əməkdaşın profili
3.1.2. Korporativ mədəniyyət peşəkarların cəlb edilməsi üçün bir amildir. Şirkət daxili korporativ
mədəniyyətin təhlili
3.1.3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir
3.1.4. Təşkilatda namizəd seçiminin strateji planlaşdırılması

3.2. İşə qəbul prosesi
3.2.1. Əsas anlayışlar; reseçinq, rekrutinq, birbaşa axtarış, xedxantinq (head hunting) - üstünlükləri
və mənfi tərəfləri
3.2.2. İşçi axtarışı üçün seçim üsullarının düzgün seçimi
3.2.3. Voronka sistemi
3.2.4. İşə qəbulun proqnozlaşdırılması
3.2.5. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili
3.2.6. Müsahibəyə qədər seçim
3.2.7. Keyfiyyətli müsahibənin keçirilməsi
3.2.8. Müsahibədən sonra namizədin qiymətləndirilməsi
3.2.9. Şirkətin imici üçün insan resursları üzrə mütəxəssisin görəcəyi addımlar
3.2.10. Rekrutinq prosesinin avtomatlaşdırılması texnologiyası

3.3. Axtarış, görüləcək ilkin addımlar
3.3.1. Yaranmış vakansiyaların təhlili
3.3.2. Vakansiya üzrə insan resurslarına sifariş verən birbaşa rəhbərin və şirkətin tələbləri
3.3.3. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin
hazırlanması qaydaları (soft skills, hard skills)
3.3.4. Namizədin axtarışı üçün şirkət daxili və xarici tələblərin analizi
3.3.5. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)
3.3.6. İş elanlarının hazırlanması
3.3.7. Vakansiyanın yerləşdiriləcəyi və namizədlərin seçimi üçün kanalların düzgün seçimi
3.3.8. Eyni vaxtda yaranmış çoxlu sayda vakansiyalara namizəd axtarışı üçün nə etməli və hansı
səhvlərə yol verilməməli
3.3.9. Şirkətini iş bazarında bir brend olaraq necə formalaşdırmalı və bunu uzun müddətli necə
qoruyub saxlamalı
3.3.10. Aşağı əmək haqqı və ya əmək haqqı təklif olunmayan (faizlə) vakansiyalar üçün namizəd
axtarışını harada aparmaq və namizədləri necə cəlb etmək
3.3.11. Aşağı əmək haqqı ilə daha yüksək tələblərlə namizəd axtarışı zamanı nə etməli və
namizədləri haradan necə tapmalı mexanizimləri

3.4. Müsahibəyə hazırlıq
3.4.1. Daxil olan anket bazasında profilə uyğun namizədlərin ilkin seçimi
3.4.2. Anketlər arasında namizədlərin düzgün seçimi üçün əsas qayda
3.4.3. Çoxlu sayda daxil olan anketlərin operativ və keyfiyyətlə seçimi üçün mexanizim
3.4.4. Aktual vakansiya üçün uyğun gəlməyən namizədlərin anketləri ilə nə etməli?
3.4.5. Namizəd bazasının düzgün yaradılması və gələcəkdə necə istifadə edilməli
3.4.6. Müsahibəyə hazırlıq və müsahibədə iştirak edəcək digər məsul şəxslərin hazırlığının təşkili
3.4.7. Müsahibənin həyata keçirilməsi zamanı təşkilatı işlər (buraxılan səhvlər)

3.5. Müsahibə növləri
3.5.1. Yerli bazarda istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi
tərəfləri)
3.5.2. Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (müsbət və mənfi tərəfləri)
3.5.3. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)
3.5.4. Namizədin bilik səviyyəsinin yoxlanılması üçün digər mexanizimlərin tətbiqi
3.5.5. Müsahibənin strukturu
3.5.6. Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir
sistemlərin tətbiqi və idarə edilməsi
3.5.7. Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları
3.5.8. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları

3.6. Namizədlərin düzgün seçimi
3.6.1. Yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən keyfiyyətli metodlar
3.6.2. Şirkətin və müsahibə aparan şəxslərin peşəkarlığını göstərəcək addımların atılması
3.6.3. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu
3.6.4. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)
3.6.5. Müsahibənin düzgün idarəedilməsi
3.6.6. Müsahibə zamanı edilən səhvlər və təhlili
3.6.8. Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər
3.6.9. Tövsiyə-xassiyətnamə

3.7.Müsahibədən sonra
3.7.1. Müsahibənin nəticəsi ilə bağlı qəbul olunan qərarların düzgün təhlili (buraxılan səhvlər)
3.7.2. Qiymətləndirmə blankları
3.7.3. Müsahibə nəticələrinin elektron sistemlə idarə edilməsi
3.7.4. Müsahibə nəticəsində uyğun gəlməyən namizədlər gələcəkdə necə faydalı ola bilər

Modul 4 – Şamo Mürşüdov

Adaptasiya sistemi (2 saat)
4.1. Sistemin məqsədi
4.2. Əhatə dairəsi
4.3. Adaptasiya sisteminin formaları
4.4. Adaptasiya sisteminin mərhələləri
4.5. Əməkdaşların kateqoriyaları və onların adaptasiya mərhələsi
4.6. Əməkdaşların gözləntiləri
4.7. Adaptasiya sisteminin qiymətləndirilməsi

Modul 5 - Coşqun İmanquliyev

Xidməti Fəliyyətin İdarəolunması (6s.)
5.1. XFİ nədir və XFİ sisteminin qurulmasının məqsədləri nədən ibarətdir?
5.2. XFİ tətbiq olunduğu sahələr, digər funksionallıqlarla əlaqəsi
5.3. XFİ sisteminin işləyişi
5.4. XF qiymətləndirilməsi metodları
5.5. SMART Hədəflər
5.6. Kompetensiyaların idarəolunması
5.7. XFİ sisteində çətinliklərin idarə olunması
5.8. Məcburi Paylaşma Metodu
5.9. Geribildirim sistemi
5.10. XF qiymətləndirilməsi nəticələrinin statistik analizi
5.11. XFİ avtomatlaşdırılması

Modul 6 - Coşqun İmanquliyev

Karyeranın idarəolunması (4s.)
6.1. Karyeranın idarə olunmasının əhəmiyyəti
6.2. Karyeranın idarəolunmasının digər İR funksionallıqları ilə əlaqəsi
6.3. Fərdi İnkişaf planlarının hazırlanması
6.4. İstedadların idarəolunması
6.5. Performans &Potensialmetodu
6.6. Davamçıların yetişdirilməsi planının idarəolunması
6.7. Strateji vəzifələrin müəyyənləşdirilməsi
6.8. Karyeranın idarəolunmasının avtomatlaşdırılması

Modul 7 – Şölə Əkbərova

7. Təlim və inkişaf
7.1. “Təlim” və “inkişaf” anlayışları
7.2.Təlim və inkişafın işçilərin və şirkətin inkişafında rolu
7.3.Təlim ehtiyaclarının araşdırılması
7.4.Şirkətdə effektiv öyrənmə metodları
7.5.Təlimin məzmununa görə növləri (yeni işçilərin adaptasiya təlimləri, peşəkar təlimlər, səriştə təlimləri və s.)
7.6.Daxili təlimlər
7.7.Xarici təlimlər
7.8.Təlim metodlarının, şirkətlərinin və təlimçilərin seçilməsi
7.9.Təlim planlarının hazırlanması, həyata keçirilməsi və monitorinqi
7.10.Təlim işinin təşkili prosedurunun hazırlanması və istifadəsi
7.11.Alınan təlimlərin şirkətin korporativ mədəniyyətinə və əməkdaşların iş nəticələrinə təsirinin effektivliyinin qiymətləndirilməsi üçün menecerlərlə iş
7.12.“Təlim və inkişaf” -ın İRİE-nin digər funksiyaları ilə əlaqəsi
7.13.Hər bir istiqamət üzrə qrup işləri və praktiki məşğələlər

Modul 8 - İlkin Zeynallı

Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması(6 saat)
8.1.Bazarda şirkətin fəaliyyətinə uygun olan vəzifələr üzrə əmək haqqı həddlərinin (min, max və median) müəyyənləşdirilməsi (sorğu hesabatları, elan edilmiş göstəricilər və s. vasitəsi ilə);
8.2.Daxildə obyektiv, xaricdə isə rəqabətə tab gətirən məvacib siyasətinin (siyasətdə qiymətləndirmə dərəcəsi və maaş artımı arasında qarşılıqlı əlaqə, maaş artımını müəyyən edən digər amillər (məsələn, vəzifələr üzrə), maaşlara baxılmanın tezliyi, vəzifə üzrə yüksəlmənin şərt və müddəaları müəyyən edilməklə) formalaşdırılması metodologiyasının hazırlanması;
8.3.Təsdiq olunmuş məvacib strukturuna işçilərin yerləşdirilməsi üçün qiymətləndirilmə meyarlarının müəyyənləşdirilməsi (Staff Assessment);
8.4.Qiymətləndirmə nəticələrinə əsasən bütün heyətin məvacib strukturuna yerləşdirilməsi
8.5.Ranking” metodu
8.6.“HAY” metodu;
8.7.Praktik məşğələlər.

Modul 9 - İlkin Zeynallı

Mükafat və motivasiya tədbirləri sisteminin qurulması (2 saat)
9.1. MARS modeli (Motivation, Ability, Role Perception, Situational Factors);
9.2. X və Y nəzəriyyələri;
9.3. Daxili və kəna rmotivatorlar;
9.4. Motivasiyanın növləri;
9.5. Maslownun ehtiyacların iyerarxiyası nəzəriyəsi;
9.6. Herzbergin 2 faktor – 2 nəticə nəzəriyyəsi;
9.7. Gözləntilər nəzəriyyəsi;
9.8. Müqayisəlilik/ Nisbilik nəzəriyyəsi;
9.9. Praktik məşğələlər.

✔ Təlimin ödənişi: 520 manat.


- Təlimin ödəniş haqqını hissələrdən ibarət olmaqla (təlim başlamadan öncə 50%, yerdə qalan məbləğin yarı hissəsini 27 Dekabra kimi, məbləğin digər yarı hissəsini 26 yanvara kimi) etmək mümkündür.

- Təlim ödənişi üçün 3 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

Ödənişə daxildir:

- Təlim materialları
- İştirak barədə sertifikat
- Çay – kofe fasiləsi

✔ Sertifikat: Təlimin ümumi müddətinin 85 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Təlim müddətində keçirilən imtahanlarda yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

✔ Təlimçilər: ( Təlimçilər haqqında məlumatı,aşağıda qeyd olunan adlarının üzərinə sıxaraq növbəti açılan pəncərədə əldə edə bilərsiz.)

- Şölə Əkbərova
- Coşqun İmanquliyev (CHRM™)
- Şamo Mürşüdov (İCM, İRP, GCHRM, Assoc CİPD)
- İlkin Zeynallı (CIMA Ad Dip MA)

✔ Daha ətraflı məlumat əldə etmək və qeydiyatdan keçmək və üçün əlaqə vasitələri:

Web: http://bmschool.az/
E-mail: [email protected]

Tel: 055 712 44 55
055 610 77 01

Ünvan: AF Business House (28 May)

Xəritə