La La Graduation 2017

Consert / Party

Loading..

About Event:

La La Graduation 2017

Məzun günü əslində nəyinsə sonu deyil, əksinə başlanğıcıdır. Əsl həyat uğurları və ya uğursuzluqları ilə indi başlayır və deyirlər bir şey necə başlayırsa elə də davam edir. Bizz sizə ən möhtəşəm başlanğıcı təklif edirik. İlk gününüzdə əyləncəyə, fərqliliyə doymayın ki, sərbəst həyatınız da elə davam etsin!

TƏDBİRİN DETALLARI:

MƏKAN: Park Meridian (Açıq havada)
TARİX: 17 İyun 2017
PROQRAM:
• Rauf
• The Miles Qrupu
• DJ Vugarixx
• Rəqs Şou
• Elgün Zaman tərəfindən Peşəkar Fotosessiya
• Peşəkar Video çəkiliş
• Oyunlar, Hədiyyələr və Möhtəşəm Sürprizlər
MENYU: Tam restoran menyusu (alkoqollu içki istisna olmaqla)
DRESS CODE: MUSİCAL/BALO

BİLETLƏR: Biletin qiyməti 70 manatdır. 10 və 10 nəfərdən daha çox olan qrup halında gəldikdə 10 % endirim tətbiq olunur və 63 manat edir.

Bizz-ə yazın ya da 051 4478887-ə zəng edin!

Qapılar Saat 18:00-da açılır.

Bundan əlavə, tədbir gününüzü daha özəl və yadda qalan etməyiniz üçün tədbirə bilet alan ilk 40 nəfər tərəfdaşlarımızdan biri olan İFFY Dance School-dan pulsuz vals rəqsləri əldə etmək imkanı qazanacaq. Tədbir günü hazırladığınız gözəl rəqs şousu ilə bu günü daha da özəl edəcəksiniz!

UBER Sizi La La Graduation-a aparır! Tədbirə rahat və vaxtında çatmağınız üçün UBER şirkəti məzunlarımızı taksi xidməti ilə təmin edecək.

QEYD: Tədbirdə alkoqollu içki satışı qadağandır. Tədbir günü bilet satışı olmayacaqdır. Tədbirə Giriş YALNIZ Bilet və Şəxsiyyət Vəsiqəsi ilə olacaqdır.