Nizami Kino Mərkəzində mayın 4-dən etibarən “Rəcəb İvedik 5” türk filminin nümayişi başlanacaq. Filmdə Rəcəb İvedik obrazı ilə Türkiyə və türk dünyasında məhşurlaşan aktyor Şahan Gökbakar bu dəfə ətrafındakı qrupla birlikdə yarımçıq qalmış vacibbir işi tamamlamaq üçün yola çıxır. Gənc idmançıları müsabiqələrə aparmaq üçün təlimat alan Rəcəb, hər zaman olduğu kimi qaş düzəltmək yerinə vurub göz çıxarır və bu səbəbdən Türkiyəni atletika, boks, güləş və digər idman növləri üzrə təmsil etmək onun və komandasının boynuna qalır...
Türkiyənin “Çamaşırhane Produksiyon” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır. Əsas rollarda aktyorlar Şahan Gökbakar, Orkan Varan və Deniz Ceylan çəkiliblər.
Biletləri üç gün qabaqdan Nizami Kino Mərkəzinin kassalarından əldə etmək olacaq