Dəyərli dostlar!
Sizi “Dünya autizm maarifləndirmə” ayı çərçivəsində nümayiş olunan “Qara şar” filmini seyr etməyə dəvət edirik.
Film YARAT Müasir İncəsənət Məkanı və Birgə və Sağlam İctimai Birliyinin təşəbbüsü ilə nümayiş olunur. Bu filmi nümayiş etdirməkdə məqsədimiz insanların autizm haqqında tabularını qırmaq və autizm sindromlu uşaqları olan valideyn və yaxınlarına tək olmadıqlarını göstərməkdir. Sizin övladınız kimi bu sindromdan əziyyət çəkən digər insanlar var və normal həyat yaşayırlar. Məqsəd bu cür filmlər vasitəsi ilə cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Biz dövrümüzün aktual problemi olan autizm sindromu haqqında insanların bilik və məlumatlarını artırmaq məqsədi güdürük.
Qara şar (Böyük Britaniya, Avstraliya, 2008, 97 dəq.)
Rejissor: Elissa Daun
Filmin baş qəhrəmanı Tomas adlı yeniyetmədir. Tomasın atası hərbçi olduğu üçün ailə müntəzəm olaraq yaşayış yerlərini dəyişməli olurlar. Tomas yeni bir məktəbdə təhsil almağa başlayır. Onun qardaşı Çarlinin ağır autizm və diqqət pozuntusu var. O danışa bilmir və onun qayğılarının üstəsindən gəlmək çox çətindir. Tomasın anası autistik oğlunun vəziyyətini qəbul etməsinə baxmayaraq, Tomas qəbul etmir.
2 aprel, saat 14:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.