Kings Academy məlumat sessiyası Reem Masri ilə

Seminar / Science and Technology

Loading..

About Event:

Kings Academy məlumat sessiyası Reem Masri ilə

Aprel ayının 5-i, Bakıda İordaniya Krallığının ən yaxşı təhsil ocaqlarından biri olan King’s Academy-nin qəbul üzrə dekanı Reem Masri ilə məlumat-sessiyası keçiriləcək. Tədbirdə aşağıdakı proqramlar və qəbul haqda məlumat veriləcək.

- Arabic Year
- Summer at King’s Academy
- Regular admission

Vaxt: 5 aprel, 19:00
Ünvan: Nizami 203, High Tech Park

Tədbirdə iştirak etmək üçün ad və soyadınızı 0708337363 nömrəsinə göndərməklə qeydiyyatdan keçə bilərsiniz.

King’s Academy haqqında:
Tarixi və ənənəvi zəngin bir mühitdə, Kings Academy elm və incəsənət sahəsində; atletika, fəaliyyətlər, toplum xidməti; və bəsləyici bir yaşayış mühitində müxtəlif kolleclərə hazırlıq təhsili verir. Tələbələr gənc, yüksək təhsil və təcrübəyə sahib olan insanlardan sərbəst, yaradıcı və məsuliyyətli, eyni zamanda lider olmağı öyrənəcəklər.

Kings Academy İordaniya və Yaxın Şərq təhsilindən fərqli olaraq müstəqil, yatılı təhsil verir. Yaxın Şərq tarixi, ənənə, dil və mədəni dəyərləri ilə liberal incəsənət və elmə dayalı Amerika təhsil sisteminin tərzini tamamlayan Kings Academy, müəllim-tələbə münasibətilərinin yaxın, intellektual və tələbələrin fərd olaraq inkişafına kömək etmək üçün tərtib olunmuşdur.

Kings Academy Yaxın Şərqdə unikal təhsil ocağıdır. Məhşur misir memarı və Londonda “Prince’s School of Traditional Arts” ın direktoru Xalid Azzam tərəfindən dizayn edilən kampus və binalar 57 hektarlıq sahədə inşa edilmiş və təxmini 33 bina ehtiva edir. Bunlara yüksək standartlarda dərsliklər, laboratoriya, 50,000-lik kitabxana, mərkəz bağça, fakultə ailələrinin yerləşməsi üçün yataqxana daxildir.

Kings Akademiyasında şagirdlər dini, irqi, rəng, inanc və ya milli mənşə mövzularına həssas yanaşır və bu fərqliliklərə əsaslanaraq ayrı-seçkilik etmirlər. Kings Academy, Andover, Choate, Deerfield, Exeter, Hotchkiss, Lawrenceville, Northfield Mount Hermon və St. Paulun da daxil olduğu Amerika Birləşmiş Ştatında The Sight Schools ilə yaxın fəlsəfi birlik içindədir.

Mənbə: http://www.kingsacademy.edu.jo/

Xəritə