Yapon Xəzrisi

Festival / Culture

Loading..

About Event:

Yapon Xəzrisi

Azərbaycan dilində Yaponiya haqqında ilk və yeganə saytın 2017-ci il aprelin 9-da 3, Facebook sosial şəbəkəsindəki səhifəsinin isə 5 (dekabr) yaşı tamam olur. Bu münasibətlə yarışma keçiriləcək və tədbir olacaq.

Əziz Yaponiya sevərlər və Yaponiyanı daha yaxından tanımaq istəyənlər, yapon.az facebook səhifəsinin 5, yapon.az saytının yaradılmasının 3 illiyi münasibətilə keçiriləcək tədbirimizə dəvətlisiniz.

Tədbir, Aprel ayının 9-u saat 14:00-da Business Caspian Hotel-in (Bakı, Ələsgər Qayıbov küç.12) böyük akt zalında baş tutacaq.

Mahnı müsabiqəsi ilə yanaşı, Yaponiyaya məxsus xüsusi proqramımız:

Kendo – Yapon döyüş sənəti ilə tanış ola bilərsiniz:
Yukata -Yapon milli geyimi ilə tanış ola bilərsiniz:
Shodo – Öz adınızı yapon hərfləri ilə yazdıra bilərsiniz:
Çay mərasimi ilə tanış olub, yapon çayı içə bilərsiniz:
Suşi – Burada müxtəlif növ suşilərin dadına baxa bilərsiniz
Oriqami – İstədiyiniz oriqami fiqurlarının hazırlanma qaydasını öyrənə bilərsiniz:
Satış – Burada Yaponiyadan göndərilmiş aksesuar və şirniyyatları əldə edə bilərsiniz.

Daha mükəmməl, daha əyləncəli bir yaz keçirmək istəyirsinizsə bizə qoşulun!

Biletlərimizin satış ünvanları:
1) Biletləri əldə etmək üçün istənilən gün və saat “Pi art kafe”yə yaxınlaşa bilərsiniz! :)
Ünvan: Süleyman Rəhimov küçəsi,
Tel: (051)428-28-39 (10:00-22:00 açıqdır)
2) Hər həftənin hər günü saat 9:00-dan 18:00-a kimi Secret Academy kursunun Yapon dili otağına yaxınlaşa bilərsiniz.
Ünvan: Caspian Plaza, 2-ci korpus 16-cı mərtəbə (Nizami metrosunun yaxınlığı).
Tədbir barəsində məlumat almaq istəyənlər üçün:
https://yapon.az/2017/02/08/yapon-xəzrisi/