Hər biriniz 22 Aprel 2017-ci ildə keçiriləcək Yaponiya Mədəniyyət Gününə dəvətlisiniz!
Tədbir Bakı Dövlət Universitetinin əsas və 2 saylı binasında həyata keçiriləcək. Saat 12:00-dan etibarən hər birinizi tədbirdə gözləyirik!
Bəs tədbirdə sizi nələr gözləyir?
Tədbirimiz iki hissədən ibarət olacaq, ilk hissə BDU-nun əsas binasında,12:00-dan etibarən akt zalında həyata keçiriləcək. İlk hissənin proqramı:
1.Milli və müasir yapon rəqslərindən ibarət kompozisiya;
2.İlk dəfə yapon dilində səhnələşdirilən Tıq-tıq xanım Azərbaycan xalq nağılı;
3.Universitet, məktəb və yaponsevərlərin iştirakı ilə Yapon dilində musiqi yarışması;
4.蛍火の杜へ-“Hotarubi meşəsinə” qısametrajlı animenin yapon dilində-azərbaycanca altyazılı təqdimatı.
Tədbirin ikinci hissəsi BDU-nun 2 saylı binasında, 6 və 7-ci mərtəbələrdə keçiriləcək. İkinci hissədə təcrübə otaqlarında Yaponiya mədəniyyəti ilə yaxından tanış ola bilərsiniz. Otaqlar 14:50-dən etibarən açıq elan olunacaqdır. Və bu saatdan etibarən istənilən vaxt təcrübə otaqlarına gələ bilərsiniz.
Otaqlarda sizi nələr gözləyir:
1. Əyləncə otağında - müxtəlif yapon oyunları;
2. “Yukata” otağında-Yaponiyaya məxsus milli geyimlər(onları geyinmək şansınız da olacaq);
3.İkebana otağında- qədim Yaponiya mədəniyyəti olan gül incəsənəti;
4.Sadou otağında- məşhur çay mərasimi;
5.Shodou otağında- kalliqrafiya;
6.Origami otağında- qədim Yaponiya mədəniyyətinə daxil olan kağızdan fiqur düzəltmə incəsənəti;
7.Tabemono otağında- Yaponiya mətbəxinə aid olan şirniyyatlar;
8. FaceArt otağı.
Bütün bunlarla proqramımız bitmir!
Sizi həmçinin müxtəlif anime xarakterlərini cosplay edən cosplayerlər və bilet alan hər bir şəxsi xüsusi hədiyyə gözləyir(bu haqqda ətraflı məlumat biletdə verilmişdir). Eyni zamanda tədbirimizdə Azərbaycanda yaşayan çoxsaylı yaponlar da iştirak edəcək. Onlarla ünsiyyətdə olmaq və Yaponiya mədəniyyəti haqqında onların özündən məlumat almaq şansını qaçırmayın!
Biletləri tədbir günü BDU-dan əldə edə bilərsiniz. Biletin qiyməti: 1 AZN.