Loading..

About Event:

Help Desk

WOWOMAN Tech-Tech Xanım İT elmini xanımlar arasında təbliğ etmək və xanım İT mütəxəssislərin sayını artırmaq məqsədi ilə yaradılan layihədir.

Yarandığı gündən xanımlar üçün müxtəlif kurslar, seminar və workshoplar keçirən platforma, bu dəfə Help Desk kursuna dəvət edir.

Kursda iştirak etməklə öyrənəcəksiniz:

-Windows Əməliyyat Sistemlərində tənzimləmələr
- IP Protokollarla tanışlıq
- Şəbəkə problemlərinin həll edilməsi yolları
- Əlaqə və kabel sisteminin öyrənilməsi və tətbiqi
- Disk və Fayl Sistemləri


Kursun sonunda əldə etdiyiniz biliklər və Tech Tech Xanım komandasl İT sahəsində karyera qurmaq üçün sizin bələdçiniz olacaq :)

Təlimçi: Ayaz Hümbətov

- Azərbaycan Respublikası Dövlət Neft Fondunda sistem inzibatçısı
- 10 il İT təcrübə

Kurs ÖDƏNİŞSİZDİR.

Kurs həftədə bir dəfə olmaqla,4-6 həftəlik təşkil ediləcək.
İştirak üçün qeydiyyatdan keçmək zəruridir.

Seçim qeydiyyat formu əsasında aparılacaq.Qeydiyyat formunda göstərilmiş suallara daha detallı şəkildə cavab verməyə çalışın.Seçim mərhələsində motivasiyası yüksək xanımlara üstünlük veriləcək.

ƏGƏR SİZ DƏ:

-Digər qızlarla birlikdə İT bilik və bacarıqlarınızı artırmaq
-kompyuterinizdə yaranmış ixtiyari problemi həll etmək
-texniki xidmət bacarıqlarına yiyələnmək istəyirsinizsə,

BİZƏ QOŞULUN!

Qeydiyyat üçün forma: https://docs.google.com/forms/d/e/1FAIpQLSch5aFpx3pmP1Zj5GPedetlLM08srkT5SngD5WyHm0VWTK0oQ/viewform


Ünvan : Barama İnnovation Center ,Demirchi Tower
Bizimlə əlaqə :
[email protected]
(055)841-83-58