Əziz dostlar!
Azərbaycan Xalça Muzeyi Sizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, keçəçi rəssam Rauf Əbdülhüseyn oğlunun “Keçə sənətinin tarixi” mühazirəsinə dəvət edir.
Mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
7 yanvar 2017-ci il, saat 17:00