Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadası

Competition / Project - İdea

Loading..

About Event:

Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadası” layihəsinin icrasına başlanılıb.

Layihənin həyata keçirilməsində məqsəd gənclər və tələbələrin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılıq fəaliyyətinin araşdırması, gәnclәrin Azәrbaycan mәdәniyyәtinin tәbliğinә cәlb edilməsi, milli musiqimizin təbliği, istedadlı tələbələrin üzə çıxarılmasına şərait yaratmaq və gənc musiqisevərlərin bu istiqamətlərdə stimullaşdırılmasıdır.

Layihə çərçivəsində olimpiada təşkil olunacaq. Olimpiada sualları Üzeyir Hacıbəyovun həyat və yaradıcılığını, milli musiqimiz və onun tarixini, musiqi nəzəriyyəsini əhatə edəcək. Layihəyə qatılmaq istəyən tələbə-gənclər elektron qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən olimpiadada yüksək nəticə toplamış tələbələr təltif olunacaqlar. Əlavə məlumat üçün +99412 493-96-24, +99470 992-22-73 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Son müraciət tarixi: 7 yanvar 2017-ci il

Qeydiyyat