IB Club PES çempionatı

Competition / Entertaintment

Loading..

About Event:

IB Club PES çempionatı

IB Club PES çempionatını təqdim edir! :)

Yanvar ayı yeni ilin başlanğıcı olsa da biraz stresli aydır. Stresi azaltmağın yolları isə yalnız əyləncədən keçir. Bu bazar IB Club Mərkəz Ofisində PES 2013 futbol çempionatında sizi əylənmənin dibinə vurmağa dəvət edirik. :)

- Çempionat hər komanda tərkibində bir oğlan, bir qız olmaq şərti ilə 10 komandanın iştirakı ilə baş tutacaq
- İlk 5 oyunun hər biri 5 dəqiqəni əhatə edəcək və hər bir oyunda uduzan komanda oyunu tərk edəcək.
- Sonrakı oyunların hər biri 10 dəqiqəni əhatə edəcək və qalib komanda müəyyən olunana qədər çempionat davam edəcək.
- Çempionata iştirakını ilk təsdiqləmiş 10 Oğlan üzvümüz və 10 Qız üzvümüz qoşula biləcək.
- Komandalar püşkatma yolu ilə IB Club tərəfindən müəyyən olunacaq və bir gün öncədən elan olunacaq.
- Oyunda oynanılacaq futbol komandaları da əvvəlcədən təyin olunacaq və hansı ikilinin hansı futbol klubu ilə oynayacağı əvvəlcədən müəyyən olunacaq.

Pes oynamağı bacarmağınızın və ya bacarmamağınızın heç bir önəmi yoxdur. Hər komandada bir qız və bir oğlan iştirak edəcəyindən ümumi balans qorunacaqdır. :)

Çempionat Bazar günü saat 15:00-da IB Clubun Mərkəzi ofisində nümayiş olunacaq. Aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz. :)

Qeydiyyat Linki : https://goo.gl/0YraRW

İlk qeydiyyatdan keçənlərin iştirak üçün daha çox şansı mövcuddur.

Çempionat yalnız IB Club üzvləri üçündür və tamamilə ödənişsizdir.

Əlavə Məlumat:
E-Mail: [email protected]
Ofis Ünvanı: Cəfər Cabbarlı 40, Caspian Business Center V mərtəbə(Nizami Metrosunun Yaxınlığı).
Əlaqə nömrəsi: +994 55 238 4008; +994 12 480 3461.