«Palmas» qrupu Unudulmayanlar

Consert / Classical music

Loading..

About Event:

«Palmas» qrupu Unudulmayanlar

Əziz dostlar! 14-15 Noyabr 2016-cı il tarixində «Palmas» qrupu Unudulmayanlar adlı iki saatlıq akustik konsert proqramı ilə Beynəlxalq Muğam Mərkəzində sizin qarşınıza çıxacaq. 
«Palmas» qrupu Milli musiqimizə Jazz, Flamenco və digər musiqi janrlarının çalarlarını əlavə edərək, mahnıların orijinallığını və milliliyini qoruyub saxlayaraq, onlara yeni nəfəs verib.
Konsert Gamma agency təşkilatl dəstəyi, Trend agentliyi informasiya dəstəyi, CinemaPlus, Emiland, MaxGroup, Azreklam şirkətlərin dəstəyi ilə keçiriləcək. 
Konsert proqramı iki hissədən ibarət olacaq - birinci hissədə xalq mahniları, folklor; ikinci hissədə isə keçmiş dövrlərin unudulmaz bəstəkar mahnılarına yer veriləcək. 
Gitara, akustik səs, canlı ifa və ən əsası milli musiqini sevənləri üçün Unudulmayanlar proqramı maraqlı olacaq. Gəlin keçmişə bərabər səyahət edək! 
Konsertin biletlərini şəhərin bütün kassalarından və www.iticket.az saytından online alış vasitəsi ilə əldə edə bilərsiniz! 
Biletlərin qiyməti 20 -100 manat təşkil edir

Xəritə