Əmək Məcəlləsi və Kadr Kargüzarlığının Praktiki Təlimi

Seminar / Career

Loading..

About Event:

Əmək Məcəlləsi və Kadr Kargüzarlığının Praktiki Təlimi

Business Management School indiyə kimi 15 dəfə təşkil edərək uğurla keçirtdiyi və 170 nəfərin iştirak etdiyi Əmək Məcəlləsi və Kadr Kargüzarlığının Praktiki Təliminə 16-cı dəfə start verir!

Siz bu təlimdə iştirak etməklə Əmək Məcəlləsini və Qanunvericiliyini dərindən mənimsəyəcək, Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnəcəksiniz.
Əgər bu sahədə işləyirsinizsə, biliklərinizi təkminləşdirərək daha da peşəkarlaşacaqsınız.

✔ Təlimin ümumi müddəti 16 saatdır.

✔ Təlimçi: Nərgiz İbrahimova.

Hal-hazırda Optimal Electronicsdə HR direktor vəzifəsində çalışan Nərgiz xanım bundan öncə 3 il bank sektorunda HR menecer vəzifəsində işləmişdir. Fəaliyyət sahəsinə nəyinki kadr kargüzarlığı, İnsan resurslarının idarəetmə funksiyalarının hər biri; insan resurslarının strateji planlaşdırılması, karyera planlaması, əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması, bonus və motivasiya sistemlərinin tətbiq edilməsi, təlim və inkişaf sistemlərinin qurulması kimi əhəmiyyətli bölmələr daxildir. Analitik və maliyyə bacarıqları ilə fərqlənən təlimçimiz Strateji İR Partnyorlardan biridir.
2015-ci ildən “Business Management School” komandasının üzvü olaraq 150-dən artıq HR mütəxəssisin hazırlanması və inkişaf etdirilməsinə öz tövhəsini vermişdir.


✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

✔ Tədris proqramı;

1-ci Dərs
1. Azərbaycan Respublikasının Əmək qanunvericiliyi haqqında məlumat
2. Əsas anlayışlar. İşçi və İşəgötürən kimdir?
3. İşə qəbulun rəsmiləşdirilməsi. İşə qəbul zamanı icbari sənədlər toplusu hansılardır?
4. Əmək müqaviləsi, elektron bildiriş və işə qəbul əmri anlayışlarını bir-birinə bağlayan nədir?
5. Əmək müqaviləsinə dəyişikliklərin rəsmiləşdirilməsi
6. Sınaq müddəti və onun tənzimlənməsi.
7. Əvəzçilik müqaviləsi üzrə iş.
8. İşdən azad olunmanın əsasları.
9. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qaydası

2-ci Dərs
1. İxtisar prosesinin rəsmiləşdirilməsi və bu zaman işçinin təminatları
2. Tərəflərin İradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğv edilməsi
3. Müddətli əmək müqaviləsinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi qaydası.
4. Əmək vəzifələrinin kobud şəkildə pozulması halları
5. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitamın rəsmiləşdirilməsi və bu zaman işçinin təminatları
6. İşdən azad olunma zamanı işçilərin təminatları
7. Müvafiq məsələlər ilə bağlı əmr, razılaşma, akt, təqdimat, xidməti yazı formaları və nümunələri

3-cü Dərs
1. Daimi başqa işə keçirmə
2. Müvəqqəti başqa işə keçirmə
3. Başqa işçinin vəzifələrinin icrası zamanı işçilərin təminatları
4. İntizam tənbehləri
5. İntizam tənbehlərinin növləri
6. İntizam tənbehinin rəsmiləşdirilməsi
7. İşçi izahat təqdim etməkdən imtina etdiyi halda prosesin aktlaşdırılması
8. İntizam tənbehinin müddəti
9. İntizam tənbehinin vaxtından əvvəl işçinin üzərindən götürülməsi
10. Müvafiq məsələlər ilə bağlı əmr, razılaşma, akt, təqdimat, xidməti yazı formaları və nümunələri

4-cü Dərs
1. İşçilərin məzuniyyət hüququ
2. Məzuniyyətin növləri
3. Əmək məzuniyyəti
4. Əsas əmək məzuniyyətinin müddəti
5. Əlavə əmək məzuniyyətinin müddəti
6. Sosial məzuniyyət
7. Təhsil və yaradıcılıq məzuniyyətləri
8. Ödənişsiz məzuniyyət
9. Məzuniyyət əmrinin verilməsi
10. İşçinin məzuniyyətdən geri çağırılması
11. İşdən azad olunma hallaında məzuniyyət qalığının hesablanması

5-ci Dərs
1. Məzuniyyət əmrinin hüquqi mətninin rəsmiləşdirilməsi
2. İşçinin işlədiyi dövr üzrə məzuniyyət günlərinin hesablanmasına dair məsələlərin həlli
3. Əmək məzuniyyətinin illər və növlər üzrə bölgüsünə dair məsələlərin həlli
4. İşdən azad olunma halında istifadə edilməmiş məzuniyyətə görə konpensasiyanın hesablanmasına dair məsələlər

6-cı Dərs
1. İş vaxtı
2. Qısaldılmış iş vaxtı
3. İşçilərin bayram günlərində işə cəlb olunmasının yolverilməzliyi
4. Qeyri-iş günləri
5. İş vaxtının cəmlənmiş uçotu
6. Növbəli iş rejimlərində işçinin əmək haqqına əlavələr
7. Ezamiyyət normaları
8. Ezamiyyət əmrinin rəsmiləşdirilməsi
9. Ezamiyyət zamanı işçinin mehmanxana, yemək və yol xərci üzrə təminatları və onalrın hesablanmasına dair məsələ həlli

7-ci Dərs
1. Elektron Hökumət portalına məlumatların daxil edilməsi
2. Məşğulluq hesabatlarının hazırlanması
3. İşçi Kvotasının hesablanması
4. Forma 1i
5. Forma 2i
6. Forma 3i
7. Forma 4i
8. Forma 5i
9. Microsoft Excel-də reyestrlərin yaradılması

Yekun İmtahan

✔ Təlim ödənişlidir. 16 saatliq təlimin ödənişi 230 azn olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

DİQQƏT! 31 Oktyabr tarixinə kimi qeydiyyatdan keç, 20 manat endirim əldə et!
31 Oktyabra kimi qeydiyyatdan keçənlər üçün təlimin ödənişi 230 deyil, 210 manat olaraq hesablanacaq!

✔ Dərs Cədvəli

13 Noyabr, (Bazar günü) 10:00 - 14:00 (4 saat)
20 Noyabr, (Bazar günü) 10:00 - 14:00 (4 saat))
27 Noyabr, (Bazar günü) 10:00 - 14:00 (4 saat)
04 Dekabr, (Bazar günü) 10:00 - 14:00 (4 saat)


✔ Bu təlimin üstünlükləri nələrdir?
- Siz çalışdığınız şirkətdə kadr kargüzarlığı sistemini tam olaraq Əmək Qanunvericiliyinin tələblərinə uyğun qurmaq üçün bütün biliklərə sahib olacaqsınız.
- İş əsnasında qarşılaşa biləcəyiniz əksər problemli məsələlərin həlli ilə tanış olacaqsınız və bu cür hallar baş verdikdə biz sizə məsələnin həll yolunu tapmaqda dəstək olacağıq.
- Təlim sonrası dəstək kadr kargüzarlığında mühim əhəmiyyət kəsb edir. Bu məqsədlə yaradılmış və 100-dən artıq təlim iştirakçısı olan daxili qrupumuzda gələcəkdə yaranacaq suallarınıza cavablar ala biləcəksiniz. Eyni zamanda BMS ailəsinin üzvü olmaqla bağlı təlim qruplarına daxil ediləcəksiniz və paylaşılan materiallar, kitablar, nümunələrdən istifadə edə biləcəksiniz.
- Təlim iştirakçılarının öyrəndikləri mövzuların möhkəmləndirilməsi üçün təlim günləri arasında facebook qruplarımızda paylaşılacaq praktik ev tapşırıqları nümunələrindən siz də faydalana biləcəksiniz.
- İndiyə kimi təlimlərimizdə iştirak etmiş 100-dən çox məzunlarımızla sosyal fəaliyyətlər təşkil edir, dostluq bağlarımızı möhkəmləndirirk. Bu təlimdə iştirak etməklə siz də genis HR ailəmizə qatılmış olacaq, bu sahdəki çevrənizi genişləndirmə imkanını əldə edəcəksiniz.
- BMS-in digər təlimlərinə endirim əldə edəcəksiniz!

✔ Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər;
Web: http://bmschool.az/
E-mail: [email protected].az
Tel: 055 712 44 55
055 610 77 01

Xəritə