“Gənc Bankir Məktəbi- 2” layihəsi

Seminar / Economy

Loading..

About Event:

“Gənc Bankir Məktəbi- 2” layihəsi

Hörmətli Gənclər!

Sizləri Azərbaycan Dövlət İqtisad Universitetində, SUES İctimai Birliyinin təşkilatçılığı, “Bank of Baku” ASC-nin tərəfdaşlığı, “Reduco” Tədris Mərkəzinin sponsorluğu ilə baş tutacaq “Gənc Bankir Məktəbi- 2” layihəsində iştirak etməyə dəvət edirik!

Layihə haqqında:

Layihə 2 hissədən ibarət olacaq. İlk olaraq seçilmiş iştirakçı komanda üzvlərinə 4 həftə ərzində layihənin əsas tərəfdaşı olan “Bank of Baku” ASC tərəfindən bank sektoru mövzularında silsiləvi təlimlər keçiriləcək. Təlimlər mərhələsi bitdikdən sonra 2-ci mərhələdə iştirakçı komandalar püşkatama yolu ilə seçdikləri 1 ölkənin bank sistemi haqqında araşdırma apararaq elmi-tədqiqat işi hazırlayacaq. Araşdırılan mövzuları və hazırlanan tədqiqat işlərini, komandalar layihənin yarımfinallarında münsiflər heyətinə təqdim edəcək. Finalda qalib gələn komandanın iştirakçıları “Bank of Baku” ASC-də təcrübə proqramına cəlb olunacaqlar. Bütün iştirakçılar layihənin sonunda diplom və hədiyyələrlə təltif olunacaq.

Maraqlanan şəxslər aşağıdakı keçidə daxil olaraq komanda şəklində qeydiyyatdan keçə bilər. Son müraciət tarixi 3 noyabr.

Qeydiyyat üçün link: https://goo.gl/forms/Z7Lmvqk1CJdQqyCT2

Xəritə