SAB Texniki Gəzinti

Trip / Excursion

Loading..

About Event:

SAB Texniki Gəzinti

Dəyərli üzvlərimiz,

Sənaye Mühəndisliyi Klubu sizi çox məhsuldar keçəcəyinə inandığımız növbəti bir texniki gəzintidə iştiraka dəvət edir. Belə ki, klubumuzun Zəhmət-Ruzi şirkəti arasında əldə olunan razılaşmaya əsasən sözügedən şirkətin SAB ticarət nişanının istehsal sahələrinə texniki gəzinti təşkil olunacaq.

Gəzinti zamanı iştirakçılar şirkət, burada istehsal olunan məhsullar və ixtisas biliklərimizin istehsalatdakı tətbiqi barədə məlumatlandırılacaq, şirkətin istehsalat sahələri, istehsal prosesi ilə yaxından tanış olma imkanı qazanacaqlar.

Gəzinti 28.10.2016-cı il saat 09:15-da təşkil olunacaqdır. Gəzinti iştirakçılarının müəssisəyə rahat gediş-gəlişi üçün xüsusi nəqliyyat vasitəsi təmin ediləcək.

Xatırladaq ki, gəzinti yalnız klubumuzun üzvləri üçün nəzərdə tutulub. Klubumuza üzv olmayanlar buradan qeydiyyatdan keçə bilərlər (gəzintidə iştirak etmək üçün aşağıdakı formu da doldurmalısınız):

https://goo.gl/9PPraK

Texniki gəzintidə iştirak etmək istəyən şəxslərdən müraciət formasını doldurmaları xahiş olunur. Müraciət formasına bu linkdən keçid edə bilərsiz:

https://goo.gl/NFcl89

İştirakçı sayı məhdud olduğundan daha tez müraciət edənlərin iştirakına üstünlük veriləcək.

Detallı bilgilər (toplanma vaxtı və yeri) barədə seçilən iştirakçılara məlumat veriləcək.

Zəhmət-Ruzi MMC iki sahədə - ət və süd məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. İslam qanunları əsasında hazırlanan, ekolojı təmiz, yüksək keyfiyyətlə «SAB» ət və süd məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngindir. İlk dəfə şirkət tərəfindən «KXN» - Keyfiyyətlə Xüsusi Nəzarət sisteminin tətbiqindən sonra «SAB» ticarət nişanı Azərbaycanın ət və süd bazarının 50%-nı nəzarətə götürülmüşdür. Hazırda «SAB» MDB ölkələrində 60 çeşiddə ət, 50 çeşiddə isə süd məhsulları ilə uğurla ölkəmizi təmsil edir.

Xəritə