Hüquq məqaləsi necə yazılmalıdır?

Seminar / Career

Loading..

About Event:

Hüquq məqaləsi necə yazılmalıdır?

Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının təşkilatçılığı və ADA Universitetinin əməkdaşlığı ilə Hüquqi Tədqiqat Metodları: Hüquq jurnalına məqalə necə yazılmalıdır? mövzusunda Dr. Rəşad İbadovun təqdimatında təlim keçiriləcəkdir.

Rəşad İbadov hal-hazırda ADA Universiteti İctimai və Beynəlxalq Əlaqələr Məktəbində Dosentdir. O, Avropa Universiteti Tədqiqat İnstitutunda (European University Institute, Florence, Italy) hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi (Ph.D) almış, Harvard Law School-da doktorant tədqiqatçı (doctoral visiting fellow), Boalt Hall School of Law at the University of California, Berkeley-də elmi işçi (visiting scholar), Lund Universiteti Hüquq fakültəsi (magistr) və Xəzər Universiteti Hüquq fakültəsi (bakalavr) məzunu olmuşdur.
Təlim 28.10.2016 tarixində saat 15:00-da ADA Universitetində keçiriləcəkdir. Təlimin keçiriləcəyi nöqtəyə bir qədər erkən gəlməyiniz arzuolunandır. Universitetin girişində sizi təşkilatçılar qarşılayacaq və təlimin keçiriləcəyi zala yönləndirəcəklər.

Təlimdə iştirak etmək üçün qeydiyyat mütləqdir. Qeydiyyat üçün heç bir ödəniş tələb OLUNMUR. Qeydiyyat üçün: http://lr.bsulawss.org/register/

Qeyd: Təlimdə uğurla iştirak etmiş şəxslər sertifikatla təmin olunacaqlar.

Hər hansı sualınız olarsa [email protected] e-poçtu, ya da +99455 323 2926 və ya +99470 711 4489 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz

Xəritə

Tags On Events: