“SAP Business One” bizə nə üçün lazımdır?

Presentation / Project

Loading..

About Event:

“SAP Business One” bizə nə üçün lazımdır?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində Buz Cloud MMC tərəfindən “SAP Business One” kiçik və orta müəssisələrin biznes fəaliyyəti üçün nəzərdə tutulan proqram təminatının, eləcə də, şirkətin digər xidmət və məhsullarının təqdimat mərasimi keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən Buz Cloud şirkəti 2016-cı ildə “SAP OEM” partnyoru seçilib və şirkət əsasən texnologiya məsləhətçisi, İT infrastrukturunun qurulması və sistem inteqratoru kimi nüfuz qazanıb.

Bu gün “SAP Business One” proqram təminatından ölkəmizin kiçik və orta müəssisələrində istifadə olunur. Qeyd edək ki, “SAP Business One” dünyanın ən məşhur və tez inkişaf edən idarəetmə sistemidir.
* Biznes proseslərinin, alqı-satqının, anbar və maliyyə xidmətlərinin avtomatlaşdırılması.
* Fikrin biznesin artımına cəmləşdirilməsi.
* Asan və daha sürətli qərarların qəbulu.
* Sizi dəyişən biznes ehtiyaclarının dəstəklənməsi.
* Mobil proqram vasitəsilə istənilən yerdən, istənilən vaxtda giriş imkanı.
* Başqa sistemlərlə rahat inteqrasiya.

Niyə məhz “Buz Cloud”?

* Professional yanaşma
* Əlverişli qiymət.
* “SAP Business One” proqramının sürətli tətbiqi.

Xəritə