Mikayıl Useynov pr-ti, 28
Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey oldu. Onun ilk ekspozisiyası 1972-ci ildə, qədimi Bakının ərazisində - İçərişəhərdə yerləşən Cümə məscidində açıldı.
Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14 000 -ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlandı və 2014-cü ildə onun ilk ekspozisiyası açıldı.
Ekspozisiyası üç mərtəbələrdə yerləşir:
1-ci mərtəbə: Azərbaycan xalçanın ingişafı və xalqın həyatında rolu
2-ci mərtəbə: Azərbaycan xalçaçılıq mərkəzləri
3-ci mərtəbə: Müasir dövrdə Azərbaycan xalçaçılığı