Yüklənir..

Rus Dram Teatrı

Xaqani küç., 7

Rus Dram Teatrı

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 1920-ci ildə yaradılmış, 1923 İldən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərmişdir. 1937 ildən artıq Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956 -cı ildə teatra S.Vurğunun adı verilmişdir.
1925-30 illərdə teatrda Lyubov Yarovaya -K.Trenyov, 1926, Qiyam -B.Lavrenyov və s. tamaşaları səhnələşdirilmişdir. 1930-40 illərdə teatrın repertuarı Don Karlos F.Şiller, Romeo və Cülyetta V.Şekspir, Canlı meyit -L. Tolstoy və s.kimi əsərlər də nümayiş etdirilib. 50-ci illərdə Aydın -C.Cabbarlı, Hamam -V.Mayakovski və s. tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilmişdir.

Repertuarda əsas yeri Azərbaycan dramaturqlarının pyesləri tutur ( C. Cabbarlı Sevil 1930, Od Gəlini 1933; S. Vurğun Fərhad və Şirin 1947; Qasımov Xəzər üzərində şəfəq).

 

Əlaqə