Yüklənir..

Emin Ağalarov

Emin Ağalarov

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub. 

 
Emin ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsusən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı Нулевой Километр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.
 
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsusəndə Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.
 
Emin Ağalarovun Giving İn, Don't cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the world go away, Just for one night klipləri var.

Əlaqə