Hurts

KONSERT / Pop

Yüklənir..

Tədbir haqqında:

Hurts

Məşhur Britan dueti olan Hurts qrupu ilk dəfə olaraq 11 fevral 2021-ci ildə geniş miqyaslı Faith Tour 2021 tur çərçivəsində Azərbaycanın paytaxtı - Bakıda yeni albom proqramı və ən sevilən hitləri ilə çıxış edəcək. 2020-ci il senytabr ayının 4-ü Hurts fanatlarının üç ildir gözlədiyi “Faith” adlı beşinci studiya albomu işıq üzü görəcək. Hal-hazırda duet albomdan artıq dörd tam fərqli sinql təqdim edib. Bunlar pop-hit və eksperimental aranjimanı özündə birləşdirən Voices treki, atmosfer sint-popu Suffer, Redemption balladası və enerji saçan dinamik Somebody” kompozisiyalarıdır. Faith albomu kökə qayıdmaq və eyni zamanda Happiness debüt albomunun işiq üzü görməsindən bəri 10 il ərzində qrupda baş verən dəyişiklikləri yenidən düşünüb, qavramaqdır. Musiqiçilər, əvvəlki diskinə dəstək olmaq üçün təşkil olunan Desire turnesindən sonra inanılmaz yorğunluqla, eləcə də ruhi xəstəliklər və daxili cinlərlə mübarizələr ilə qarşılaşdıqlarını etiraf ediblər. Bu albom yaranmaya da bilərdi, lakin qrup geri dönüş edərək, yaradıcılıq prosesinin sakit dönəmini 11 yeni mahnı ilə tamamlyıb. 11 fevral 2021-ci ildə Elektra Events Hall-da Hurts Bakıda yeni albomlarıma dəstək olaraq ilk böyük konsertini verəcək. Biletlərin satışa çıxacağı tarix haqda məlumat daha sonra açıqlanacaq.

Xəritə

Tədbirə aid olan taqlar: