“Ləzginka” - 60

KONSERT / Rəqs

Yüklənir..

Tədbir haqqında:

“Ləzginka” - 60

  Aprelin 21-də Heydər Əliyev Sarayında Ləzginka - Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblının  60 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Yubiley konsert proqramında Ləzginka rəqs ansamblı ən yaxşı və unudulmaz rəqslərini təqdim edəcək.

   Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblı Lezginka - 1958-ci ildə təsis edilib. Ansambl dünyanın 70 ölkəsində çıxış edib  və peşəkar kollektivlər arasında folklor rəqs üzrə 48 dünyaca məşhur festivalın qalibi olub.

   Əfsanəvi ansamblın bənzərsiz və heyranedici çıxışları Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Çin, Əfqanıstan, Fələstin, İordaniya, Meksika, Cənubi Koreya, Vyetnam, Yaponiya, Avstraliya və Yeni Zelandiyada tamaşaçıların alqışları ilə qarşılanıb.

   Ansamblın Baş direktoru - Rusiyanın Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dostluq Ordeninin Kavaleri, Şərəf Ordeninin Kavaleri - Cambulat Maqomedov, Bədii rəhbəri - Rusiya Federasiyasının Əməkdar artisti, Rusiya Federasiyası Hökuməti mükafatı laureatı - Zəlimxan Xangereyevdir.

Xəritə