Anam və mənim haqqımda

Tamaşa / Teatr

Yüklənir..

Tədbir haqqında:

Anam və mənim haqqımda

“Stanislavski Elektroteatrı”nın qastrolları çərçivəsində, Bakıda ilk dəfə Yelena Morozovanın səhnələşdirdiyi “Anam və mənim haqqında” tamaşası təqdim olunacaq.

Müasir dramaturq və prozaik Yelena İsayevanın pyesi, anası ilə münasibətləri haqqda xatirələrini paylaşan, artıq böyümüş bir qız tərəfindən danışılan hekayədir. Anası Çay Donanması Nazirliyinin kino şöbəsində işləyirdi, qızcığaz isə məktəbdə oxuyurdu və onlar hər ikisi müştərək həyatlarında müxtəlif, dramatik və məzəli  macəralar yaşayırdılar. Ən sevimli gəlinciyini rəfiqənə vermək, ədəbiyyat dərsi üçün dürüst inşa yazmaq, ananın iş yerində yatan sərxoş rejissor əmini tutmaq — bütün bu hadisələr qəhrəmanın yaddaşında silinməz iz buraxıb. Bir fərdin xatirələri vasitəsi ilə, tamaşaçılar həm də artıq mövcud olmayan bir ölkənin daha “böyük” tarixi haqqda öyrənəcəklər.

İlk dəfə, Yelena İsayevanın “Anam və mənim haqqında” pyesinin oxunması 2003-cü ildə, “Lübimovka” gənc dramaturqlar festivalında baş tutub, daha sonra isə Moskvada yerləşən Teatr.doc-da səhnələşdirilib. Elektroteatrın səhnəsində aktrisalar Yelena Morozova və Diana Rəhimova dialoqlarını zərif, məzəli üslubda oynayaraq, bizə böyüməyin bütün əsrarəngizliyini xatırladacaqlar.

Yelena İsayevanın eyniadlı pyesi əsasında

Rejissor: Yelena Morozova

Rollarda: Yelena Morozova, Diana Rəhimova

Tamaşanın müddəti: 1 saat 15 dəq.

Tamaşanın dili: rus

Yaş həddi: 16+

Foto: Olimpiya Orlova-Vilberq

Afişa dizaynı: Ruslan Abbasov

Xəritə