Leyli və Məcnun

Tamaşa / Teatr

Yüklənir..

Tədbir haqqında:

Leyli və Məcnun

Leyli və Məcnun (3 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Üzeyir Həcibəyli

Libretto müəllifi: Üzeyir Həcibəyli

Janr: Dram

Dil: Azerbaycan

Tamaşanın müddəti: 3 saat 10 dəqiqə

 

Tamaşanın dirijoru: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)

Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

                                       Operanın qısa məzmunu

 Birinci pərdə

    Birinci şəkil. Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.

Məktəb yoldaşları onlan bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşmdırmağa çalı­şır, söz verirlər ki, Leylini ona alsınlar.

    İkinci şəkil. Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.

Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.

Başqa bır qəbilə başçısı -İbn-Salam elçiliyə gəlir və “hə” cavabı alır. Leyli fəryad qo­parıb, taleyindən şikayətlənir.

 İkinci pərdə

    Üçüncü şəkil. Leylini İbn-Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ət­rafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəMmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab Məcnunu adamlardan uzaqlaşmağa, baş götürüb səh­ralara qaçmağa məcbur edir.

    Dördüncü şəkil. Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl ad­lı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna al­mağı vəd edir. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, Leyli İbn- Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.

 Üçüncü pərdə

    Beşinci şəkil. Hicran derdi Leylini üzüb ölüm yatağına salmışdır. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məc­nuna olan eşqi onun qəlbində sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, yanıqlı sözlərlə Leyli­nin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər gö­rən Leyli öz canını təslim edir.

    Altıncı şəkil. Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvanr ki, onu yarın məzarına aparsın.

Leylinin qəbri üstündə o acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qo­vuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.

Xəritə